Page 376 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 376
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Gözәl fikirdir, – dedim, – amma iki qәpikliyim yoxdur. Hәr tәrәfdәn

mәnә iki qәpikliklәr uzatdılar. Budkaya girdim.

– Nömrәni deyin.

Firuz:

– Әşi, ağlına gәlәn nömrәni çәk, – dedi. – Mәsәlәn... – birdәn o, sözünü

yarımçıq qoydu. – Yox, qardaş, keçәl suya getmәz. Birdәn qayınananla yola

getmәdin, yapışacaqsan mәnim xirtdәyimdәn.

– Qorxaq – dedim, – mәsәlә dә bundadır. Evlәnmәk ciddi işdir. Heç

kәs mәsuliyyәti boynuna götürmür. Kamal, bәlkә, sәn deyәsәn.

– Mәnim bir tәklifim var, – deyә Firuzun arvadı sözә qarışdı. Onun

hәmişә bir tәklifi olurdu, – heç kәs boynuna mәsuliyyәt götürmәk istәmir.

Gәlin onda mәsuliyyәti bölüşәk. Hәrә bir rәqәm desin.

Firuz:

376 – Әla – dedi. O hәmişә arvadının tәkliflәrini bәyәnirdi. – İki. Mәn iki
çәkdim. Firuzun arvadı:

– Doqquz – dedi.

– Kamal:

– Sıfır – dedi vә arvadına baxdı, – sәn de.

– Mәn? Nә deyim, bilmirәm... yaxşı, dörd.

– Murad:

– Beş – dedi.

Bircә Muradın arvadı heç nә deyә bilmәdi, çünki dәstәkdәn artıq kәsik

siqnallar eşidilirdi.

– Nişanlım yatıb, dedim. Hamı gülüşdü. Mәn dәstәyi asdım.

Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hәrә öz evinә getdi vә

mәn, nәdәnsә, özümü çox tәnha hiss elәdim.

Dәniz bağına qayıtdım, uzun müddәt adamsız bulvarı dolandım,

qaranlıq dәnizә vә uzaqdakı rәngbәrәng buylara baxırdım, birdәn zәng

elәdiyim telefon nömrәsi yadıma düşdü. Gecә saat iki idi.

Mәn yaxındakı avtomat budkasına girdim, yarığa iki qәpiklik saldım

vә nömrәni yığdım.

Telefonun dәstәyindәn qadın sәsi eşidildi. Yuxulu sәs dә deyildi, belә –

azacıq yorğun, azacıq da tәәccüblü.

– Bәli.

– Salam.

– Salam. Kimdir?

– Mәnәm. Gәlin tanış olaq.

Mәn şillә kimi üzümә vurulacaq sәrt cavab gözlәyirdim. Ya da elә

bilirdim ki, üzünә çırpılan qapı kimi dәstәk dә birdәn asılacaq. Amma nә
   371   372   373   374   375   376   377   378   379   380   381