Page 374 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 374
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Mәn, sәn, o vә telefon
Telefon nömrәlәri
oxşamaz bir-birinә
amma hamısında
insan sәsi...
...pis günlәr
oxşamaz bir-birinә
birindә özün susarsan,
birindә telefon.
Vaqif Vәkilov
374
Dünәn sәnin telefonun öldü. Ölәn yalnız adamlar olmur ki...
Telefon nömrәlәri dә ölür. Ömrün boyu çox rәqәmlәri unuda-
caqsan: pasportunun nömrәsini, axırıcı işindә aldığın maaşını,
dostunun avtomobilinin nömrәsini, aya qәdәr olan mәsafәni, yaşadığın
şәhәrin әhalisinin sayını.
Başqa rәqәmlәri. Hamısını unudacaqsan.
Bircә bu beş rәqәmdәn savayı. Bu beş rәqәm, özü dә mәhz bu
ardıcıllıqda sәninçün әn әziz hәdiyyә idi. Beş rәqәm, onun sәsi vә telefon
dәstәyindәn gәlәn bәnövşә әtri.
Bәzәn mәn qara telefonun dәstәyini elә qaldırırdım, elә bil royalın
qapağını qaldırıram. Bәzәn bu qara dәstәyi elә qoyurdum, elә bil tabutun
qapağını örtürәm.
İndi bu nömrә yoxdur. Yәni ki, var, amma mәnimçün yoxdur.
Mәnimçün bu nömrә indi yasaq әrazidir.
Barmağımın altında, telefon dairәsindә yerlәşәn bu beş rәqәm indi
mәnim üçün keçilmәz bir mәsafәdir – kilometrdir, millәr, parseqlәr.
Mәn bu mәsafәnin beşdә dördünü keçә bilәrәm – dörd rәqәmi yığa
bilәrәm, amma heç vәdә son rәqәmi – beşincini yığmayacağam. Sәnin
nömrәn bağlı qapıdır – açarını itirmişәm.
Sәni görmәyә dә bilәrdim. Zәng edirdim, sәsini eşidir vә deyirdim:
әzizim, әlin niyә belә soyuqdur?
Sәni görmәyә dә bilәrdim, amma mәsafәdәn belә duyurdum. Sahil
kәndlәrinin sakinlәri dәnizi görmәyәndә belә onu duyduqları kimi.
İndi isә dәniz qeyb oldu. Yoxa çıxdı.