Page 375 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 375
r

Min dәfә tәkrar olunan әhvalat mәn, sәn, bir dә o, әlbәttә. Amma bir 375
dә telefon. Hәr şey Rasimin toyundan başlandı.

Firuz tostunu davam etdirirdi:
– Biz beş yoldaş idik. Lap o filmdәki kimi, yadınızdamı: onlar beş
nәfәr idi.
Mәn, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fәth etdilәr, bir-bir
boyunduruğa saldılar. Bax, bunlar saldı – bizim xanımlar. Hәlә evdә dә bir
çәtәn külfәtimiz var – oğul-uşaq.
Bәli, külfәt bizi basdı, yaman basdı – hamı gülüşdü. – Bu gün dә biz
Rasimi itiririk. Heyif ondan.
Әlbәttә, mәn zarafat edirәm. Xoşbәxt olun Fәridә, Rasim. Mәn sizә
çoxlu sәadәt, cansağlığı, uzun ömür arzulayıram.
Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenә içәcәyik.
İndi bu badәlәri mәn axırıncı igidin sağlığına – bizim canımız-ciyәrimiz
Seymurun sağlığına qaldırmaq istәyirәm. Subaydı-sultandı. Sağ ol, var ol,
bülbül ol, qәfәsdә olma.
Hamı mәnә baxırdı, gülüşlәrin vә badәlәrin cingiltisi arasından tanış
üzlәri görürdüm – dostlarımın üzlәrini. Üzlәrdә sevincli, bir qәdәr dә
tәәccüblü ifadә vardı.
Qonaqlar dağılışanda biz hamımız – Firuz, Kamal, Murad arvadlarıyla,
bir dә mәn tәk, bir yerdә çıxdıq. Biz yatmış şәhәri gecәli küçәlәriylә
addımlayırdıq vә birdәn Firuzun arvadı mәnim qoluma girdi:
– Yaxşı, Seymur, sәnin toyunu haçan elәyirik?
– Uzaq gәlәcәkdә.
– Belә niyә? Yoxsa sәn bu naqqalın sözlәrinә inanırsan? – O, şıltaq bir
nәvazişlә әrinin böyrünә qısıldı. – Elә bilirsәn ki, ailә hәyatı cәhәnnәmdir.
Firuz:
– Özünә layiq qız tapa bilmir, – dedi.
– Doğrudan? Uşaqlar, eşidirsiniz? Gәlin Seymura bir qız tapaq.
Sәninçün Bakının әn gözәl qızını tapsaq, evlәnәrsәn?
– Mütlәq, – dedim, – ancaq bir şәrtlә. Gәrәk, bax elә bu saat, bu dәqiqә
tapasınız. Yoxsa fikrimi dәyişәrәm.
– Kamal:
– Gözümün işığı, – dedi, – gecәnin bu vaxtında sәnә hardan qız
tapacağıq? Küçәdәn tapmayacağıq ki... hәm dә gecәnin bu vaxtında küçәlәri
gәzәn qızı almazsan, yәqin.
– Bәli, – dedim, – tamamilә doğru buyurursunuz. Odur ki, bu söhbәti
xәtm edәk.
– Mәnim bir tәklifim var, gәlin Seymura telefonla qız tapaq. Budur,
bax, avtomat da var.
   370   371   372   373   374   375   376   377   378   379   380