Page 377 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 377
r
söydü, nә asdı. Sәsi әvvәlki kimi sakit idi. 377
– Axı tanışlıq üçün vaxt bir az gecdir.
– Gecdir? Xeyr, әsla! Әsl vaxtdır. Mәn bu saat әn yaxın bir yoldaşımın
toyundan çıxmışam. Bu, mәnim axırıncı subay dostum idi. Mәnә elә gәlir
ki, bu gün onun toyu yox, yası idi.
– Vay, vay, vay. Elә niyә deyirsiniz? Bәs siz özünüz evli deyilsiniz?
– Yox. Bәs siz әrdәsiniz?
O güldü.
– Tanışlığın elә birinci dәqiqәsindәn hәr şeyi bilmәk istәyirsiniz?
– Bağışlayın, siz Allah. Elә bilmәyin ki, mәn telefon xuliqanların-
danam. Yox, nәdәnsә tәklikdәn bağrım çatlayır. Odur ki, dedim zәng elәyim,
bir adamla danışım.
– Bәs mәnim nömrәmi hardan tapdınız?
– Tәsadüfәn. Ağlıma gәlәn rәqәmlәri yığdım, vәssalam.
– Әcәbdir.
– Bilirsiniz, bir az içmişәm, odur ki, özümü çox yalqız hiss elәyirәm.
– Olur, eybi yoxdur.
– Sizinlә görüşә bilәrik?
– Yox, bax, bu baş tutan iş deyil. Gәlin belә danışaq. İndi gecdir. Gedin
evinizә, yıxılıb yatın. Sәhәr duracaqsız, bütün dәrdi-qәminiz uçub-gedәcәk.
Görәrsiz.
– Axı mәn sizi görmәk istәyirәm, heç olmasa danışmaq istәyirәm
sizinlә.
– Telefonumu ki bilirsiniz. Sabah ayılandan sonra yenә dә görsәz ki,
mәnimlә danışmaq istәyirsiz, zәng elәyin.
– Doğrudan?
– Doğrudan. Gecәniz xeyrә qalsın.
– Xeyrә qarşı. Sabah sizә zәng elәyәcәyәm.
Gülmәlidir vallah, amma dәstәyi asıb, boş, adamsız küçәlәrlә
addımlayarkәn mәnә elә gәlirdi ki, daha mәn dә tәk deyilәm. Mәnim dә
kimimsә var.
Sәhәrisi gün, tәbii ki, mәn zәng elәmәdim. Bütün günü yüz әlli iki min
işlә mәşğul oldum vә hәr şeyi unutdum. Bir neçә gündәn sonra iş planının
müzakirәsindә laboratoriya müdirimizlә möhkәm toqquşdum. O hәm dә
mәnim elmi rәhbәrim idi.
Müzakirәdәn sonra Firuz mәni evlәrinә apardı. Biz onunla bir insti-
tutda işlәyirdik. Yolda o mәnim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz
olma, hәr şey üçün partlama. Әgәr haqlısansa da, hәqiqәti ifadә vә müdafiә
etmәyin müxtәlif formaları var. Hamını özünә düşmәn elәmәklә, heç kәsi