Page 362 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 362
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Hәrdәn fikirlәşmişdi: “Mәnim meşәdә bu marallardan başqa, nәyim
var, kimim var? Bir Zinyәtdi, o da ki elә. Buradan getsәm, heç bir işin qul-
pundan yapışa bilmәrәm”.

...Zinyәt daxmanı yığışdırmağa başladı. Aşağı әyildi. Nәyi isә götür-
mәk istәdi. Zәkәriyyәnin iri vә ağır әli onun kürәyinә qondu.

– Özünә әziyyәt vermә, sabah yenә dә bu günә düşәcәk.
– Keçi keçidi, dırnağı ilә tәmizlәmәdiyi yerdә yatmaz.
– Bәsdi sәn Allah, bundan o yana sәliqә öyrәnmәyәcәyәm, – o, çırağın
işığını azaltdı. – Bәri gәl.
– Dәrdim qurtarmışdı. Taxt cırıldadı.
– Zәki, muştuluğumu ver!
– Nә olub? Muştuluğun mәnim gözüm üstә!
– Vaxtdan çox keçib...
362 Zinyәt cavanlığında at sürmәyin, özünü kişi kimi aparmağın әzabını
indi çәkirdi.
Zәkәriyyә Zinyәti neçә dәfә şәhәrә aparmışdı. Әvvәllәr qadın hәkim-
lәrinin kişi olduğunu görәndә dәrdini danışmamış, geri qayıtmışdı. Qadın
hәkim axtarmışdı. Ürәyindә deyinmişdi ki, bu, nә qaravәllidi, qadına da kişi
hәkim baxarmı? Qadınlara göstәrmişdi. Hәrәsi bir nüsxә yazmışdı, әlac
olmamışdı.
Bu axşam isә ümidi itәn gündәn iki aya yaxın vaxt keçmişdi.
Ata minib özünü Zәkәriyyәyә yetirmişdi.
Yoğun vә güclü qollar Zinyәtin belinә kәmәr kimi qurşandı:
– Sәnin muştuluğun mәnim gözlәrim üstә, Hümmәtin nәvәsi!
Zinyәtin ona övlad verәcәyini düşünәndәn sonra Zәkәriyyәnin qolları
boşaldı, mülayimlәşәn, gözәllәşәn, ipәyә dönәn qadını oxşamağa başladı.
Durub çırağın piltәsini qaldırdı.
– Zinyәt, sәndәn bir kobud, çirkin, amma sümüklü oğlan istәyirәm!
   357   358   359   360   361   362   363   364   365   366   367