Page 367 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 367
ir Azÿri
– Qonşu alçaqdırsa? 367
– Yenә yola getmәliyik. Unutmayın, insanların hamısını Tanrı yaratsa
da, onların hamısı eyni olmur.
Kamran gәlib babasına qısıldı vә doluxsunmuş dedi:
– O yasәmәni mәn basdırmışam, baba, nә әzabla böyütmüşәm, indi
Alışın oğlu deyir mәnimdi.
Vicdan Hәsәn nәvәsin sinәsinә sıxdı.
– Sәn çox vacib iş görmüsәn, mәnim balam. Sәn artıq bu yaşında çox
böyük bir savab qazanmısan. Elә yaşlılar var ki, ömrünün sonunacan belә
bir savab iş görmür. O ağacın savabını Uca Tanrı hәmişәlik sәnә bağışlayıb,
Alış vә ya oğlu nәkarәdirlәr ki, onu sәnin әlindәn alalar.
Vicdan Hәsәnin tәk sözlәri yox, sәsinin ahәngi dә әtrafındakılara
qәribә, sehrli sakitlik gәtirirdi, kәnddә hәlә heç kәs onun sözünü
kәsmәmişdi, әksinә, o danışanda hamı qulaq kәsilirdi. Vә bütün kәnd üçün
bu bir sirr idi. Heç kәsin aça bilmәdiyi bir sirr. Kamranın atası kimi, anası
da, özü dә tamam sakitlәşmişdilәr, hәtta anası bu toqquşmanı әrinә
danışdığına peşiman olmuşdu.
***
Mayın ortaları idi, ağacların hamısı hәlә tamam yaşıllaşmamışdı – nar
tәzә-tәzә çiçәklәyirdi, tutun da yarpaqları bapbalaca idi. Amma baharın
qәribә sehri var, lap ilk gәlişindәn, ağaclar hәlә çılpaq ikәn, o qupquru
budaqlarından da bir yaşıl әtir duyulur; bәzәn yerdә qar qalsa da, torpağın
nәfәsi, istisi hiss olunur vә bu isti qarın soyuqluğunu, adamın canındakı
ağrını-acını unutdurur, Teymur da kürkünü soyunub tut ağacının yan
budağının üstünә sәrib, odun yarırdı, anası demişdi ki, xәmrәli bişirәcәk.
Teymur, hәtta tәrlәmişdi, baltanı necә zәrblә endirdisә, düyünlü kötük
paralandı, bir tayı sıçrayıb Alışgil tәrәfә uçdu, yerә dәyib diyirlәnә-diyirlәnә
eyvanın altına getdi. Alış sәsә diksindi, başqa vaxt olsaydı çıxıb deyişәrdi,
amma sәhәrki davanı xatırlayıb, üstәlik dә, Teymurun әlindәki ağzı
ovxarlanıb par-par parıldayan baltanın boz sifәtini görüb dinmәdi, hәtta
niyәsә ona elә gәldi ki, Teymur o cür hirsli-hirsli tut kötüyünü yox, onun
qol-qıçını doğrayır.
Teymur özü pәrt oldu, gedib yarmaçanı götürdü vә sevindi ki, bunu
qonşulardan görәn olmadı.
Odun yarılıb qurtarmışdı, ocaq çatılıb sac asılmışdı. Teymur közәrәn
ocağa, közәrib qızaran saca tamaşa etmәyi, tәzә bişәn xamralının әtrini
qoxulamağı, arasına pendir qoyub yemәyi yaman xoşlayırdı. Xüsusәn
pendir tәzә, yağlı olanda, isti çörәyin arasında әriyir, bir ayrı lәzzәt verirdi.
Ona görә dә axşam yemәyini yeni bitirsә dә, isti xamralı ilә tәzә pendirdәn