Page 365 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 365
ir Azÿri

çünki Rәhmanın atası onu necә itәlәdisә, uşaq arxası üstә sәrildi, amma tez 365
dә qalxdı, onun yaxasından yapışıb dartışdırdı. – Yasәmәn mәnimdir! Mә-
nimdir! – Onun hıçqırığına anası da bayıra çıxdı. Anasını görәndә Kamran
Rәhmanın atasının yaxasını bir az da bәrk dartışdırdı vә köynәyinin alt
düymәlәrini qopartdı. Rәhmanın atası Kamranı әllәrini yaxasından qoparıb
itәlәdi. Kamran tәzәdәn yerә sәrildi vә dodaqları yarıldı. Uşağının ağzını
qanlı görәn ana irәli şığıdı:

– Biqeyrәt! Uşağa әl qaldırırsan? Onu tәk görmüsünüz? Vicdan
Hәsәnin nәvәsinә әl qaldırırsınız? Vallah, qadınlığımla sizin hamınızı bal-
talayaram! Dayan, saqqallı biqeyrәt, qoy onun atası, babası gәlsin, görüm
onlara nә cavab verәcәksiniz!

– Atası da gәlsin, babası Hәsәn dә, onun babası da! Mәnim heç kәsdәn
qorxum yoxdur! Mәnә dә ermәni başı kәsәn Alış deyәrlәr!

– Sәn ermәni başı kәsәn yox, meyit alverçisi olubsan! Binamus,
biqeyrәt olubsan! Bizimkilәrin meyitini ermәnilәrdәn alıb özümüzünkülәrә
satıbsan, onalarınkını o tәrәfә.

– A bala, heç nәdәn araya dava salmayın, neçә ilin qonşusuyuq! Alış,
sәn dә uşaq davasına qoşulma!

– Dәdә, bu, uşaq davası deyil, prinsip mәsәlәsidir. Oğlum böyüyür,
büyün-sabah evlәnәcәk. Bәlkә, ona burda ev tikdirdim, onda onsuz da bu
ağacı kәsdirәsi olacam.

– Mәnim yasәmәnimi heç kim kәsdirә bilmәz!
– Mәn kәsdirim, siz dә baxın.
– Baxarıq! – Kamran ona yumruğunu göstәrdi.
– Kәs sәsini, küçük!
– Küçük sәnin oğlundur! – Kamranın anası qapıdakı baltanı götürәndә
Alışın anası qışqırıb oğlunu içәri apardı. Alış dartınıb elәmәdi...

***
Kamranın atası Teymur işdәn yorğun-arğın gәlmişdi, bәrk ac olsa da,
çörәyini dә könülsüz yeyirdi, arvadı bayaqdan nә isә ötürdü, amma Teymur
eşitmirdi, onun beynindәn bircә fikir keçirdi – yemәyini tez bitirib, çayını
içib yerinә girib yatsın, bütün günü daşıdığı daşın, palçığın ağrısı canından
çıxsın. Bina qalxdıqca fәhlәlәrin әzabı daha da artacaq.
Çayı içәndәn sonra arvadı, yenә nәsә deyәndә Teymurun hövsәlәsi
tamam daraldı.
– Bayaqdan ağcaqanad kimi qulağımın dibindә nә ötürsәn, aydın danış
görüm. – Arvadı oğlunun qolundan tutub gәtirdi. Teymur oğlunun dodağın-
   360   361   362   363   364   365   366   367   368   369   370