Page 357 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 357
rman Kÿrimzadÿ
nirdi. Bunlar daş deyildi, xәzәllәrin altında qalmış qoz, fındıq idi. Çürüyәni 357
dә vardı, qәrzәyindәn çıxmayanı da. Bu ağaclıqdan keçәnә qәdәr onun ağ
xallı, qara mәrmәr dırnaqları sızıldadı. Ağrı artdıqca daha bәrk qaçırdı.
Birdәn yenә dә döşü zәrblә tora toxundu. Tor maralı yenidәn geriyә atdı.
– Ey-hey!..
Nәrә meşәni başına götürdü. Zәkәriyyә atını torun çöl tәrәfi ilә yorğa
yerişlә çapırdı. Onun sәsi hәrdәnbir yandan eşidilirdi.
Meşәnin bir tәrәfini dәmir torla çәpәrlәmişdilәr ki, uzaqdan gәtirilәn
marallar qaçıb dağılmasın. İndi onlar çәpәri yıxmaq, baş alıb getmәk üçün
üsyan edirdi. Zәkәriyyә görürdü ki, maralı çәpәrdә saxlamaq üçün tәkcә
dәmir tor bәs etmәz; nәrәdәn dә çәpәr lazımdır. Bu fikirlә atın yüyәnini
boşaltdı.
– Ey-hey! Ey-hey!..
Nәrә fırlanğıc kimi maralların başına hәrlәndi. Heyvanlar yoruldu. Tor-
dan aralanıb xınalı “boşqabların” yanına toplaşdı. Onlar nәrәni izlәyirdi. At
hәrlәndikcә narahatlıq, ürkü, qorxu bir gözdәn o birisinә keçir, Zәkәriyyәnin
özü kimi dövrә vururdu. O gündәn heyvanlar nәrәni eşitdi, sәsә öyrәşdi.
Zәkәriyyә qoruğun iri qıfıl vurulmuş darvazasını açıb arpa xaşasını dalında
içәri gәtirmәmişdәn әvvәl dә belәcә sәslәnirdi. Xaşanı bulaq suyunun yığılıb
göl әmәlә gәtirdiyi yerdә tәzә yonulmuş taxtalardan düzәldilәn axura
boşaldırdı. İçindәn toz qalxan arpanı iri әllәri ilә yayır, üstündә barmaq-
larının izi qalırdı. O, axurun divarlarına daraşan qara taxıl bitlәrinә tamaşa
edib deyinirdi. Sonra xaşanı tәrsinә çevirib var gücü ilә çırpır, qayıdıb
qoruqdan çıxırdı. Marallar da yaxınlaşıb arpanı imsilәyir, dodaqları ilә eşib
yeyirdi.
İndi, gecәyarı, nәrәsini eşidәn marallar ona yaxınlaşıb tamaşa edir. O,
tülkünün boğazından tutub yuxarı qaldırdı.
– Başın batsın, yaman da tülküsәn. Canavara tәlә qururam, sәn
düşürsәn. Hiylәgәrliyin harada qaldı ki!..
Dünәn gecә canavarlar meşәdәn yuxarıda sovxozun bir atını parça-
lamışdı. Quzğunlar, çalağanlar, qaraquşlar leş üstündә didişmişdilәr. Buraya
soxulan tülkünün az qala gözünü oyacaqdılar. Tülkü özünü porsuq yuvasına
dürtüb canını qurtarmış, lakin axırda aclıq onu bu tәlәyә tuş gәtirmişdi.
Zәkәriyyә tәlәni dartıb şir ağzı kimi ayırdı. Sıçrayıb kәnara düşmüş әt
parçasını tapıb yerinә sancdı. İşığı söndürüb qaranlığa elә zәnlә baxdı ki,
sanki orada gizlәnәn canavarları görәcәkdi. Son vaxtlar yalquzaqlar buradan
әl çәkmirdi. Zәkәriyyә maralları qorumaq üçün andını basıb yenә tüfәng
götürmüşdü. Neçә dәfә pusquda durmuş, tәlә qurmuş, lakin onların heç
birini gәbәrdә bilmәmişdi.