Page 354 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 354
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Cәftәnin şıqqıltısı eşidildi. Әyildi, çiyinlәri çәrçivәnin yuxarısına
sürtünә-sürtünә evdәn çıxdı. Kәrpic qәlibinә oxşayan pәncәrәdәn eşiyә fos-
for tozu kimi işıq sәpilir, yaxındakı ağacların iri kötüklәri sәhnәnin
dәrinliyindә azacıq işıqlandırılan dekorasiyalar kimi görünürdü. Bu
kötüklәrin arasından dırnaq sәslәri sel kimi axıb gәlirdi.
– Ey-hey!..
Zәkәriyyә nәrә çәkdi. Elә bil bu axının qabağına bәnd atıldı.
İrәlidәki ana maralın buynuzları belindәn yuxarı qalxdı.
Tәhlükә yaxınlaşanda maral mürәkkәb konstruksiyalara bәnzәr
buynuzlarını belinә sıxır, qaçır. Özünü ayaqlarına tapşırır. Belә zülmәtdә nә
yer görünür, nә cığır, nә dә tala. Gövdәlәr pәncәrәdәki narıncı işığı arabir
kәsib o tәrәf-bu tәrәfә keçir. Yaxınlaşdıqca işıq böyüyür, dәmir tor isә onları
pәncәrәdәn ayrı salır. Qaçırlar. Talada dönә-dönә hәrlәnirlәr. Pәncәrәdә
354 görünәn çıraq şölәsinә tәrәf özlәrini dönә-dönә atırlar, lakin taladan qırağa
çıxa bilmirlәr. Şaqqıltıya, zingiltiyә görә qaçan sürü, nәrәni eşidәndә
dayandı. Ana maralın yeddibuğum buynuzu bala maralların buynuzlarına
toxunub şaqqıldadı. O nәrәni dinlәdi. Bu sәs ona tanış gәldi.
– Ey-hey!..
Xәzәlli meşәdә nәrә eşidәrdilәr. Sürü qaçardı. Qıvrılıb açılan xallı
pәlәng onların dalınca düşәrdi. Lakin çatmazdı. Bir dәfә kol yatıb qalxdı.
Marallar götürüldülәr. Uzaqlaşdılar. Amma o vahimәli sәs sürünü yenә dә
tәqib etdi. Nәrilti xırıltıya çevrildi, pәlәngin mırıltısı eşidildi. Sonra bu sәsi,
sındırılan körpә sümüyünün şıqqıltısı әvәz etdi. Sürüdәki marallardan biri
azaldı. Ana maralın balası itmişdi...
Uzaqdan, meşәnin lap dәrinliyindәn iy gәlir. İsti, buğlanan qan iyi,
balasının iyi. Ana maralın burnunun ucu göynәyir...
Bundan sonra ikinci bәdbәxtlik üz verdi...
Külәk әsәndә körpә ağaclar yerә qәdәr әyilir, qalxır, iri gövdәli palıd
isә şax dayanır. Sanki meşә üçün o cavabdehdir. Ana maral da balalarının
arasında belәcә dayanmışdı. Sürünün içindә ürkәk bir qorxu gәzәndә elә bil
bu yarpaqları tökülmüş, qol-budağı çılpaq qalmış palıd birdәn-birә yola
düşdü, cavan meşә isә quru, әzәmәtli gövdәnin dalınca sıraya düzüldü.
Arxada güclәnәn nәrilti sonra qarşı tәrәfdәn eşidildi. Sürünü qovan
pәlәng qıvrılıb açıldı. Bu dәfә körpәlәrә toxunmur, tullanıb qabaqda gedәn
ana maralın belinә qonur. Sanki suda boğulurmuş, çayın üzündә görünәn
quru budaqlardan yapışır. Yarpaqları tökülmüş bu palıd ağacı yerә gәlir. Bal-
alar – yarımbuynuz marallar dayanmadan axıb-gedirdilәr. Sürü başsız qalır.
Marallar o gündәn nәrәdәn qorxur.