Page 349 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 349
ir Söleymanov

Әmrah kişinin xәyalı çәkilib getmәmiş Çәrkәz ürәyindә dedi: “Axı nә 349
sözün var, ay Әmrah kişi? Dost-tanış o vaxt çox dedi. Dedilәr dә, eşitdilәr
dә. Başqası ilә hәyat qurmuşam. Yaşayışımdan, güzәranımdan razıyam.
Mәni köhnә söhbәtlәrә nә üçün çәkirsәn?”

O, aram olmadı, qәlbi narahatlıqla çırpındı. İndi dә öz-özü ilә
danışmağa başladı: “Dost, qohum öz yerindә, nә qәdәr gec olsa da, onların
bu mәsәlәni yada salmağa haqqı var. Bәs Әmrah kişiyә nә düşüb? O ki
kәnar, uzaq bir adamdır”.

Qapı açıldı. Çәrkәzin arvadı girdi, xörәk gәtirmişdi. Çәrkәz onun ikicә
addım belә atmasına macal vermәdi. Tez dillәndi:

– Әmrahı tanıyırsan, Әmrah kişini?
– Hansı Әmrahı?
– Çoban Әmrahı, aşağı kәnddәndir.
– Gendәn-genә tanıyıram. Çobandır, ordeni var, tәzәlikcә dә onu kәnd
sovetinә deputat seçiblәr. Nә olub ki?
Çәrkәzin sifәtindәki bütün qırışlar hamarlandı. Baxışları duruldu. Tәrs
düyünlü bir ipi açıbmış kimi rahat nәfәs aldı.
– Deyirәm axı... Deputat seçiblәr. Demәk, ona görә canfәşanlıq
edirmiş. Ay Әmrah kişi, tez yatıb, gec oyanan kişi...
Mis çaydan qaynayıb daşdı. Közәrmiş tellәrin arasına tökülәn qaynar
su cızıldayıb buğlandı. Hәr şey yaddan çıxdı.

***
Hәmin gündәn sonra Çәrkәzin gözü dörd olmuşdu. Axtarırdı. Baxışları
Әmrah kişini gәzirdi. Şlaqbaumun altından keçәn maşınlara diqqәt yetirirdi.
Ancaq kişi görünmürdü ki, görünmürdü. O, Әmrah kişiyә bir-iki söz
deyәcәkdi. Deyәcәkdi ki, ay ordenli çoban, ay deputat qardaş; mәnә dәyib-
dolaşma. Mәn qoyun deyilәm ki, tütәklә bayatı çalanda mәlәyә-mәlәyә geri
qayıdam.
Axşamın toranı çoxdan düşmüşdü. Hava dumanlı idi. Yağış çisәlәyirdi.
Çәrkәz yenә dә gözәtçi otağında oturub gözlәrini pilәtәsinin qızarmış
tellәrinә zillәmişdi. Çaydan sәslәnmirdi, elә bil altından daş asılmışdı.
O oturmaqdan bezikib qalxdı. Çarpayıda uzandı. Әllәrini başının
altında daraqlayıb tavana baxdı. Orada hörümçәklәr tor qurmuşdu. Qalxıb
torları tәmizlәmәk istәdi. Әrindi. Uzandığı yerdәcә qaldı.
Haradasa uzaqda musiqi sәsi eşidildi. Qulaqları bu sәsi tez aldı. Dikәlib
oturdu. Dinlәdi. Sәs sol tәrәfdәn gәlirdi. Özü dә şlaqbauma yaxınlaşırdı...
Dirsәklәndi. Qulağını yağış damcıları süzülәn soyuq şüşәyә yapışdırdı. Sәs
   344   345   346   347   348   349   350   351   352   353   354