Page 347 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 347
ir Söleymanov

– Sözüm? 347
– Bәli!
Әmrah kişi tәzәcә tәraş edilmiş әtli, qırışlı sifәtini ovuşdurdu. Yol
çәkәn gözlәrini hәrlәyib Çәrkәzin düz bәbәklәrinә zillәdi. Elә baxdı ki, öz
әksini dә orada gördü.
– Deyirsәn, sözüm nәdir, hә?
– Bәli!
Әmrah kişi bir addım Çәrkәzә yaxınlaşdı. Çәrkәz isә geriyә çәkildi,
әhәnglә ağardılmış gözәtçi otağının divarına söykәndi.
– Çәrkәz, çәkilmә, yaxın dur. Sözüm var, özü dә qulağına pıçıldaya-
cam.
Hirsini güclә boğub özünü saxlayan Çәrkәz zorla gülümsәdi.
– Әmrah kişi, vallah, sәndәn baş aça bilmirәm. Bilmirәm, sәnin başına
hava gәlib, yoxsa mәnim.
Әmrah kişi cavabında lәngimәdi:
– Hava, nә hava? Hә, o havadan. Sәnin başına bir dәfә gәlib. Arvadını,
uşağını atıb tәzә eşqә düşәn vaxt, on beş il qabaq... Bilirәm. Mәnimkinә isә
çox çәtin, çәtin ağlım kәsir gәlә. Çalışmışam, camaata cavab verә bilmәrәm.
Çәrkәz sözünü deyә bilmәyәn gileyli adam kimi başını tәrpәtdi.
Gözәtçi otağına girib azacıq lәngidi. Qayıdıb yenә dә bayaqkı yerindә
dayandı. Әllәrini döşünün üstündә çarpazladı.
– Deyәsәn, bayaq tәlәsiyirdin, әşi?!
– Sәnin yanına tәlәsirdim.
– Eh, Әmrah kişi, vallah, yüz dәrәnin suyunu bir dәrәdәn axıtdıq, ancaq
mәtlәbә gәlib çıxmadıq. İnan ki, çıxmadıq.
Әmrah kişi cibindәn siqaret çıxarıb kәhrәba müştüyünә taxdı. Müştüyü
damağına alıb siqareti alışdırdı.
– Daha uzatmayacağam, Çәrkәz, kәsmәqarabağı eliyәcәyәm... Hamı
bilir, ikinci dәfә evlәndiyin on beş ilә yaxındır. Öz işindir, sözümüz yox.
Amma bir mәsәlә var...
Çәrkәz daha dözә bilmәdi, hirslә dillәndi:
– Köhnә ölülәri diriltmә, Әmrah kişi.
– Sözümü kәsmә, sәbrin olsun. Hә, bir mәsәlә var. Әgәr lazım olsan,
çağırsalar, öz köhnә evinә baş çәkә bilәrsәnmi? Çәmәnliyә gedәrsәnmi?
Axı sәnin orada bir övladın da var. İllәrlә itirib-axtarmadığın, dәrdindәn,
odundan xәbәr tutmaq istәmәdiyin bir qızın. Axı sәn, necә olsa, yenә dә
atasan. Bir dәfә köhnә yurduna baş çәk, balanın xatirinә. Söhbәtlәşәk. Mәn
olum, sәn ol, bir dә istәdiyimiz qohum-qardaş. Gәlәrsәnmi?
   342   343   344   345   346   347   348   349   350   351   352