Page 342 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 342
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Pәrvizin bacısının gözünә baxa bilmәdin. O isә heç nә olmamış kimi sәninlә
söhbәt edir, әrinin sәhhәtindәn danışırdı.

Pәrvizin bacısının әri operasiyadan çıxmadı. Sәn beşinci kursa keçәn-
dәn sonra onlara ayaq açdın. Ayaq açdığın gün Pәrvizin bacısı ona yadigar
verdiyin hәmin şәkli sәnә göstәrdi. İndi bu şәkli sәn evinin ümumi albo-
mundan götürüb gizlәtmisәn. Albom deyәndә, bilirәm, ürәyin ağrıyacaq.
Çünki ora yalnız arvadının vә arvad qohumlarının әkslәri yapışdırılıb. Sәn
bir vaxtlar hәmin adamların simasında öz doğma atanı, ananı görür, tәsәlli
tapırdın.

Bu şәkli sәn o vaxt dәfn etdin ki, arvadın onu evin ümumi albomuna
yapışdırmadı. Yadından çıxıbsa, xatırlada bilәrәm. Dedi ki:

– Bilirsәn, o gün bacım sәnin bu şәklini görәndә dәhşәtә gәldi. İncimә,
әzizim, fikir versәn, görәrsәn ki, burda sәnin adicә şәklin yox, hәm dә yox-
342 sulluğun, aclığın böyüdülüb, gәl bunu albomdan çıxaraq, sәnin tәzә
şәkillәrindәn birini böyüdüb divara vuraq.

Sәn yenә etiraz elәmәdin.
Sizin altıotaqlı mәnzilinizin divarlarından Pәrvizin cürbәcür görkәmdә
böyüdülmüş şәkillәri asılmışdı. Altıncı otağa isә sәnin şәklini vurdular.
Bir gün arvadın dedi:
– Sәni adam edib, el içinә çıxartdım. Axı sәn kim idin? Mәn olma-
saydım, Allah bilir, sorağın hansı kәnddәn gәlirdi. Sәninlә qurtaranların
çoxunun dalından itәlәdilәr ağcaqanadlarla mübarizә elәmәyә. İndi adam
olmusan. Özün dә yadından çıxartma, sәn mәndәn çox qardaşıma lazımsan.
Dәniz adamı cәrrahın qolundan yapışıb otaqları gәzdirdi. Axırıncı
otağın qapısını açdılar. Bu otaq sumağı rәngdә idi. Divardakı lüt qadın
portretinin altında bir-birindәn beş addım aralı iki çarpayı qoyulmuşdu.
Çarpayıların hәr birinin baş tәrәfindәki sumağı rәngli tumbaların birinin
üstündә cürbәcür rәnglәr, boyalar, әtir şüşәlәri, pudralar, o birindә isә ürәk
vә yuxu dәrmanları var idi. Bu çarpayılar әvvәlcәdәn tәrtib edilmiş cәdvәl
üzrә birlәşirdilәr. Düzünü desәk çarpayılar öz yerindә qalırdı, birlәşәn
onların sahiblәri idi. Cәdvәli Pәrvizin bacısı tutmuşdu vә onu heç bir qüvvә
poza bilmәzdi. Cәrrahın arvadı işdәn sonrakı saatlarının çoxunu qardaşı,
bacısı, qohum-әqrәbasıgildә keçirәr, bәzәn heç evә gәlmәzdi. Cәrrah öz
çarpayısında uzanıb bir müddәt gözünü arvadının çarpayısına dikәr, sonra
gecәyarıya qәdәr min dәfә sağa-sola çevrilәr vә yuxu dәrmanı atandan sonra
yatardı.
Cәrrah alnını şüşәdәn çәkib, baxışlarını ağ dәnizdәn yığışdırmaq
istәyәndә qulağına dәniz adamının sәsi gәldi:
“Altıncı sim, altıncı sim, altıncı sim...”
   337   338   339   340   341   342   343   344   345   346   347