Page 338 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 338
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

hipnoz elәmişdi. O, cәrrahın baxışlarını oğurlayıb “mәnә bax” deyirdi.
“Mәnә bax, gör mәn nә çәkirәm”.

İyirmi ilә yaxın idi ki, cәrrah bu sinәni tanıyırdı. Nәinki sinәni, bu
sinәyә mәxsus olan gövdәni, başı, ayağı, bir sözlә, bütün bәdәni tanıyırdı.
Bәdәnin daxilinә gәldikdә isә cәrrah onu yeddi simli musiqi alәtinә
oxşadırdı. Cәrrahın fikrincә, öd kisәsindәki daş bu simlәri çala bilәcәk
yeganә mizrab idi. Vә cәrrah hәmin daşla iyirmi ilә yaxın idi ki, dostluq
edirdi.

İyirmi il böyük vaxtdır. Bu müddәt әrzindә cәrrah daş mizrabı yalnız
bir simә toxundurmamışdı. Bu, altıncı sim idi. Cәrrah onun adını da
bilmirdi. Qalan simlәri yaxşı tanıyırdı. Hәtta simlәrin bәzilәrinә ad da
vermişdi. Mәsәlәn: birincisinә “tәrif”, yeddincisinә “ölüm”.

Pәrviz tәrifi gözәl bir qadın kimi sevirdi. Tәrif hәmişә hәr yerdә hava
kimi onun başının üstә olurdu. Pәrviz onu su әvәzinә stәkanına süzüb içir,
338 yatanda isә bu gözәl mәxluqu bәrk-bәrk qucaqlayırdı. Ancaq o, beyninin,
qulağının vә mәdәsinin tәrif tutumunun ölçüsünü bilmirdi. Onu bilirdi ki,
sağ böyründә Qarqantua ağızlı bir baş gәzdirir. Bilmirdi ki, bu ağız dünyanın
tәrif ağaclarında yetişәn meyvәlәri çeynәmәmiş udmağa hazırdır.

Cәrrahın yadına Pәrvizin ünvanına dediyi birinci tәrif düşdü. Bu, o
vaxtlar idi ki, Tibb İnstitutunda oxuyanlar müharibәyә getmәyә hazır-
laşırdılar. Pәrvizin bacısı cәrrahla bir sinifdә oxuyurdu. Bütün institut bu
incәsәsli, qәşәng, nәrmә-nazik qıza hәsәdlә baxırdı. Baxanlardan biri dә
cәrrah idi. O, öz çalışqanlığı, biliyi vә ciddiliyi ilә o birilәrindәn fәrqlәnirdi.
Bu arıq, uzun, pencәyi yamaqlı oğlan başqaları kimi qızı göz dustağı
elәmirdi, hәtta özünü elә aparırdı ki, guya onu görmür, yaxud görür, ancaq
mәhәl qoymur. Bir dәfә qız evlәrindәn ağ çörәk gәtirib sinifdә yoldaşlarının
arasında bölüşdürәndә, cәrrah udqunmağını zorla saxlayıb, ona uzanmış
әlin sahibinә “istәmirәm” – dedi, “toxam”.

Uşaqlar müharibәyә yola düşәn günü institutun akt salonunda keçirilәn
yığıncaqda Pәrviz gәnclәrin qarşısında çıxış etdi vә sözünü Sәmәd
Vurğunun iki misrası ilә tamamladı:

“Bilsin ana torpaq, eşitsin Vәtәn,
Müsәllәh әsgәrәm mәn dә bu gündәn”.

Müharibәyә gedәnlәr adından cәrrah danışdı. O, nitqindә Pәrvizin
atasının adını çәkdi. Onun vaxtilә әks-inqilabçılarla qәhrәmancasına
vuruşmasından söhbәt açdı. Nәhayәt, fikrini yekunlaşdırdı. “Biz dә onlar
kimi, onun kimi vuruşmalıyıq”.
   333   334   335   336   337   338   339   340   341   342   343