Page 348 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 348
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Birtaylı açıq pәncәrәdәn xәbәrdarlıq zәngi eşidildi. Çәrkәz narahat
baxışlarla әtrafa boylandı. Bayaqdan susub cavab gözlәyәn Әmrah kişiyә
baxdı:

– Heç vaxt, Әmrah kişi, heç vaxt! Heç kәs mәni gözlәmәsin. Mümkün
deyil...

– Yenә dә fikirlәş, kişi oğlu. Sәni sayıb ayağına gәlmişәm. Başa düş
ki, sәnin Çәmәnliyә, qızının yanına gәlmәyin qızın üçün başucalığıdır.

– Fikirlәşmişәm, özü dә çox, lap çox. Qurtardıq.
O, Çәrkәzә çox dәrin bir nәzәr saldı:
– Buna daha nә deyim?.. Evin yıxılmasın, mәni qınayan, – deyib
maşına tәrәf getdi.
Maşın sәmtini dәyişmәdi, şose yolunda uzaqlaşaraq gözdәn itdi. Neft
dolu sisternlәri çәkәn parovoz da tövşüyәrәk gәlib-keçdi. Şlaqbaum göyә
348 tuşlandı.
Çәrkәz könülsüz addımlarla qapını açıb bir çarpayı güclә sığışan otağa
girdi. Kәtili çәkib oturdu. Ayağa qalxmadan әyilib elektrik pilәtәsini cәrә-
yana qoşdu. Mis çaydanı pilәtәnin üstünә qoyub qәddini düzәltdi. İndi onu
yalnız bir şey düşündürürdü, Әmrah kişinin dediklәri. “Axı Әmrah hara,
mәn hara? Ayda, ildә bir dәfә görüşürük, onda da ayaqüstü, ötәri. Ona nә
düşüb ki, mәnimlә bu avazla danışır? On beş il qabaq arvadımı boşadığıma
görә mәnә dәli deyir. İndi ayılıb?”
İstәr-istәmәz xәyalı ötәn günlәrә qayıtdı.
...Toy edib evlәndi. Bir qızı oldu, adını da Nәrgiz qoydu. Nәrgiz altı
yaşına çatana qәdәr arvadı ilә arasında xoşagәlmәz söz-söhbәti olmadı.
Lakin kәndlәrindә feldşer işlәyәn dul qadınla tanışlığından sonra evdәn
soyudu. Çәmәnlinin ayıq camaatı da bu işdәn xәbәr tutdu. Danışıqlar
arvadının da qulağına çatdı. Amma o açıb-ağartmadı, sәbir etdi. Dul qadın
onu әsir elәmişdi. Arvadını, qızını atıb evdәn çıxdı. Çәmәnlidәn köçüb indi
yaşadığı kәndә gәldilәr. Daha heç vaxt Çәmәnliyә qayıtmadı. Qohumları
ondan üz döndәrdi. O, yalnız üç il qızına aliment verdi. Sonralar isә iş yerini
tez-tez dәyişdiyindәn vә bәzәn dә bekar qaldığından alimentin arası kәsildi.
Arvadı da bunu tәlәb elәmәdi. Çәrkәz o vaxtdan qızı barәdә düşünmәdi.
Qızı yaşlaşdı. Ancaq hәrdәn o, qınaqlı sözlәri, tәnbehlәri eşitmәli olurdu.
Bәzәn dost da, tanış da söhbәti hәrlәyib qızının üstә gәtirirdi. Çәrkәz isә
qaya kimi susub dururdu. Bu gün dә ki, Әmrah onun qanını qaraltdı.
Çәrkәzin pilәtәnin qıpqırmızı qızarmış tellәrinә zillәnmiş gözlәri yol
çәkdi. Әmrah kişi gәlib onunla üzbәsürәt dayandı.
“Sözüm çoxdu, kişiqırığı”.
   343   344   345   346   347   348   349   350   351   352   353