Page 358 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 358
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

O, daxmaya tәrәf yeridikcә tülkünün quyruğu şehli otların üstü ilә

sürünürdü. Böyürtkәn koluna çatanda qulağına at kişnәmәsi gәldi. Dayandı.

Zәkәriyyәnin nәrәsi yenidәn meşәnin әn uzaq guşәsindә әks-sәda

verdi. Özünü daxmaya necә yetirdiyini bilmәdi. Tüfәngin lülәsini qapıdan

çölә uzadar-uzatmaz tәtiyi çәkdi. Havaya bir dәstә lalә püskürüldü. Sonra

yolboyu qaçmağa başladı. Birdәn at ayaqlarının tappıltısını eşitdi. Bu sәslәr

get-gedә yaxınlaşdı. Nәhayәt, kәhәrlә döş-döşә çıxdı. Ürkәn at şahә qalxdı.

O, yüyәndәn yapışdı:

– Әdә, kimsәn?

– Sәni Allahın lәnәtinә gәlmiyәsәn.

Qadın sәsi idi. Özü dә, deyәsәn, Zinyәt idi. Zәkәriyyә fәnәrin işığını

onun üzünә saldı. Başında iri güllәri olan şal vardı. Әtәyini dizlәrinin altına

yığmışdı. Yәhәrin qaşına yatmışdı, sifәtini atın yalına yapışdırmışdı. Vәhşi

358 qaçışla götürülәn at canavar dişlәrinin şaqqıltısını eşitmişdi.
– Gecәnin bu vaxtı meşәdә nә gәzirsәn, Zinyәt?

– Sәnin oduna düşmüşәm, Zәki!..

Bu sözdә inciklikdәn çox әrk vardı. Uzun ayrılıqdan sonra onların

arasındakı danışıq hәmişә belә olurdu. Әvvәlcә onu sancmağa çalışırdı. Elә

ki, üç-dörd gün bir yerdә qaldılar, o, Zәkәriyyәnin hәr kәlmәsinә “bәli”,

“baş üstә”, “can” deyirdi. Lakin gәlinin sәsindәki әrkyanalıq indi qüvvәt-

lәnmişdi. Elә bil nәyә görәsә әrindәn hünәrli çıxmışdı.

– Evi kimә tapşırıb gәlibsәn?

– Kimә tapşıracağam, onsuz da hәr tәrәf adamdı. Sәndәn qorxuram,

sәndәn!..

Zәkәriyyә bu sözü Zinyәtin dilindәn dәfәlәrlә eşitmişdi. Ancaq o bu

kәlmәlәri hәr dәfә yeni bir ahәnglә, şirinliklә söylәyәrdi. Eşitdiklәri dә

Zәkәriyyәyә lәzzәt verәrdi.

– Düşürsәn?

– Daxmaya çatanda düşüm dә...

O, yüyәni Zinyәtin әlindәn әrklә dartıb aldı. Qolundan yapışıb özünә

tәrәf çәkdi, yәhәrdәn ayırıb yerә qoydu.

– Utanmırsan? Görәn olar...

...Zәkәriyyәnin gülüşü maralları diksindirdi. Marallar da, quyruğunu gah

o, gah da bu böyrünә şappıldadan at da irәlidәki insan qaraltılarına baxırdı.

Zirvәnin dalından çıxan qırmızı ay göylәrә qalxdıqca gümüşlәnirdi.

Meşәdәki tala aydınlaşırdı.

İnsan qaraltısı qoşalaşdı. Birinin başındakı yaylığın әtraf cizgilәrini

sanki tabaşirlә çәkdilәr, Zәkәriyyәnin çiynindәki tüfәng lülәsinin dәyirmi

ağzı parıldadı.
   353   354   355   356   357   358   359   360   361   362   363