Page 259 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 259
fi Qasûmov

*** 259
Aradan üç ay keçdi. Vüqarın yaraları sağalmışdı. Üz-gözündә,
bәdәnindә yanğının әlamәti qalmamışdı. Qıçının sınığı bitişmişdi. Yalnız
sağ әli... Bәli, fırça tutan barmaqları şikәst olmuşdu. O heç zaman rәssam
ola bilmәyәcәkdi!
Bir gün dostu İlqardan mәktub aldı. İlqar yazırdı: “Diplom işimi әla
müdafiә etdim. Mәni Leninqraddakı rәssamlıq akademiyasına göndәrirlәr...
Hәr dәfә sәnin haqqında fikirlәşәndә az qalır ürәyim partlasın. Axı, sәnә
dedim ki, özünü gözlә, qoy yanğınsöndürәnlәr gәlsin... Axı, sәnә dedim
ki...”
Vüqar mәktubun gerisini oxuya bilmәdi. Dolabçanın üstündәki şәklә
baxdı. Gülnar qayğısız halda gülümsәyirdi.
Vüqar tibb bacısının kömәyi ilә dirsәklәndi. Sol әli dostuna birtәhәr
aşağıdakı sözlәri yazdı:
“Sәni tәbrik edirәm, İlqar, mәni unutmadığın üçün çox şadam. Sәnә
yaxşı yol! Mәnim diplom işimsә yarımçıq qaldı. Olacağa çarә yoxdur...”
Sol әli ilә tutduğu qәlәm sözünә baxmayıb barmaqlarından düşdü. O, arxası
üstә uzanıb Gülnarın şәklinә baxdı, baxdı... Bu onun diplom işi idi, bu onun
әn böyük әsәri idi. Elә bil qeybdәn Gülnarın titrәk sәsini eşitdi: “Hamısı
yanmışdı, sәn olmasaydın, hamısı yanmışdı...”
Gözlәrini yumub şirin-şirin gülümsәdi...
   254   255   256   257   258   259   260   261   262   263   264