Page 254 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 254
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Diplom işi

Onlar dost idilәr. Hәmişә cüt geyinәr, cüt gәzәr, bir-birinә can
deyib can eşidәrdilәr. Adları da bir-birinә hәmqafiyә idi. İlqar,
Vüqar. Texnikumda hamı onları qardaş hesab edirdi. Yalnız bir
fәrqlәri vardı. İlqar boy-buxunlu, görkәmli idi. Vüqar isә cılız, cansız idi.
Boyu İlqarınkından bir baş alçaq idi.
Texnikumu qurtarıb rәssam adı almaq üçün tәlәbәlәr diplom işi
çәkmәli vә onu müdafiә etmәli idilәr. Texnikumun direktoru tәlәbәlәrin
arzusunu nәzәrә alaraq onları istәdiklәri yerlәrә göndәrirdi. Neft daşlarına
gedәn kim, Sumqayıtı seçәn kim, dağ mәnzәrәlәri yaratmağa hәvәs göstәrәn
kim...
Dostlar bu dәfә dә ayrılmalıdılar. Şuşaya getdilәr. Onlar Şuşanı
254 görmәmişdilәr. Ancaq Şuşa haqqında qәzetlәrdә, kitablarda çox
oxumuşdular. Şuşanın gözәl tәbii mәnzәrәlәri, saf havası, diş keyidәn suları,
tarixi abidәlәri haqqında az-çox tәsәvvürlәri var idi.
Nәfәs tәnglәşdirәn, asfalt yumşaldan iyul günlәrindәn birindә sәhәr
tezdәn dostlar “Bakı-Şuşa” avtobusuna minib yola düşdülәr. Avtobusda boş
yer qalmamışdı. Çoxu uşaqlı qadın idi. Yuxarıdakı nәfәsliklәr qaldırılsa da
içәridә hava getdikcә ağırlaşır, kәsiflәşirdi. Buna görә dә sürücü hәr 50-60
kilometrdәn bir maşını saxlayır, sәrnişinlәr düşüb özlәrini havaya verirdilәr.
Yavaş-yavaş әsәn isti külәk üzlәri qarsır, quru külәş әtri gәtirirdi.
Elә ki avtobus Әskәran qalasını keçdi. Hava birdәn-birә dәyişdi. Tәbiәt
dә dәyişdi, mәnzәrәlәr dә dәyişdi. Yolun hәr iki tәrәfindә ilk baharı andıran
yaşıllıq nәzri oxşayır, körpә müşәlәr, meyvә bağları, lalәli yamaclar bir-
birini әvәz edirdi. Getdikcә sәrinlәşәn, yüngüllәşәn havadan kәklikotu әtri
gәlirdi.
Bir qәdәr sonra dolaylar başladı. Maşın uğuldaya-uğuldaya qalxır,
nәhәng dağın gәrdәninә kәmәr kimi dolaşan dolayları bir-bir arxada
qoyurdu.
– İlqar, bir aşağıya bax. İnana bilmirәm ki, o yolları biz qalxmışıq.
– Gözәldir, Vüqar, gözәldir. Elә bil rәssam tәbiәt yerlәrdәn heç nә
әsirgәmәyib. Bu lövhәlәri fırçasının bütün qüdrәti ilә yaradıb. Qabaqda
oturmuş qoca kişi geri qanrıldı:
– Hәlә harasıdır. Hәlә nә görmüsünüz ki. Bunun Cıdır düzü var,
Әrimgәldisi var, Daşaltısı var, Turşsuyu var...
İlqar da, Vüqar da diqqәtlә kişiyә fikir verirdilәr. Tәxminәn yaşı hәştadı
haqlamış bu gözlәri cavan bir oğlanın gözlәri kimi par-par yanırdı, yanağı
qıpqırmızı idi. Necә deyәrlәr “çırtma vursan, qanı damcılardı”.
   249   250   251   252   253   254   255   256   257   258   259