Page 249 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 249
lhöseyn Höseynoülu

özü qoyacaq... – Mürsәl susub qüssәli gözlәri ilә oğlu Әjdәri axtardı, ürәyi 249
әsә-әsә ona ani bir nәzәr saldı, yenidәn sözünә davam edәndә sәsindәki
titrәyişә özü dә mәәttәl qaldı: – Bәli, bәli, әsl adı o özü qazanacaq. Öz işi,
öz hünәri, әmәli sayәsindә qazanacaqdır. Ancaq bu ad onun әbәdi adı
olacaqdır.

Hamı bilirdi ki, Mürsәl havayı söz danışan adam deyil. İndi dә söz-
lәrindәki eyhamın kimisә döyәclәdiyi gün kimi aydındı. Kimi? Bunu
mәclisdәkilәrdәn bir çoxu duymuşdu. Mürsәl dә belә fikirlәşirdi. Ancaq o,
yenә zәnninin düz olub-olmadığını bilmәk üçün başını qaldırıb hәmin
adamlara baxanda әtli sifәti qızardı, alnında tәr damcıları göründü, elektrik
lampası gözlәrindә rәngdәn-rәngә düşdü...

Tez-tez gah ona, gah da Әjdәrә baxan adamların him-cimi ayaq tutub
yeriyirdi.

Әjdәr ona dikilәn sorğulu nәzәrlәrdәn heç cür yayına bilmirdi. Özünü
yaman itirmişdi. Başını qaldırıb atasına baxanda onu tanımadı. Kişi elә bil
bir anın içindә dәyişib başqa adam olmuşdu. Әjdәr ömründә birinci dәfә
atasının halına acıdı...

Acıdı vә birdәn-birә ona elә gәldi ki, gözlәri işıqlandı, hәr şey onun
üçün aydın oldu, tәrәddüdlәrinә son qoyuldu. Qәlbinin dәrinliklәrindәn bir
sәs gәldi. Zәhmli, amiranә, nәvazişkar, mehriban bir sәs. Bu sәsi hәrisliklә,
acgözlüklә dinlәdi:

“Әsl ad, әbәdi ad!..”
Bu sözlәr elә bil onu silkәlәyib yuxudan ayıltdı vә ilkin olaraq bütün
varlığı ilә duydu ki, o da atadır. Hәyatında yeni bir mәrhәlә başlanmışdır.
“Oğul, gәlişinә qurban olum! Gәlişinlә tәvazökar atamı dilә gәtirdin, o da
axır ki, canını dişinә tutub mәnә kim olduğumu dedi. Bunu ona sәn dedirt-
din, oğul! Bunun üçün mәn sәnә minnәtdar olmalıyam!..”
Atasının rәngdәn-rәngә düşәn sifәti, alnındakı tәr damcıları gözlәri
önündәn çәkilmirdi. İllah da ki, tәr damcıları... Getdikcә daha da artır,
artırdı:
“Ata can, ata! Mәnim әvәzimә qızaran, tәr tökәn ata! Sözlәrin gözlә-
rimi yaman açdı, mәni...”
Qulağının dibindәcә qopan qәhqәhә Әjdәri fikirlәrindәn ayırdı. Yan-
yörәsinә göz gәzdirdi. Hәr şey öz axını ilә gedirdi. Atası da mәclisdәkilәrә
qoşulmuşdu. Gözlәri gözlәrinә sataşanda duydu ki, xalaxәtri qoşulmuşdur.
Özlüyündә buna haqq verdi. Axı qonaqların kefinә soğan doğramaq nә
lazım idi?!
Әjdәrә elә bil hava çatışmırdı. Yaxasını açdı. Sonra nә düşündüsә, o
da atası kimi özünü şad göstәrmәyә çalışdı, istәr-istәmәz bu axına qoşuldu.
   244   245   246   247   248   249   250   251   252   253   254