Page 250 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 250
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Nәvә nәnәlәrin әlindәn düşmürdü. Onun xәfifcә tәbәssümü dam dolusu
şadlığa sәbәb olurdu. Nәhayәt, ona ad qoyuldu. Mәclis yenidәn cana gәldi.
Yenidәn deyib-güldülәr, yeyib-içdilәr, şadyanalıq etdilәr. Sevinc, şadlıq
içindә dә dağılışdılar.

Bu gecә ancaq iki nәfәr özündә olmalıdı: Mürsәl baba, Әjdәr ata.
Mürsәl baba oğlunun tutulduğunu, pәrt olduğunu gözlәri qabağına
gәtirincә qәlbindә bir-birinә zidd hisslәr baş qaldırırdı. O, hәrәkәtindә özünü
hәm haqlı sayırdı, hәm dә yox. Haqlı sayırdı ona görә ki, әvvәl-axır oğluna
sәhvini başa salmalı idi. Haqlı saymırdı ona görә ki, sözlәri hәqiqәt olsa da,
onları heç olmasa bu gecәdә, bu әziz gecәdә, qonaqların hüzurunda gәrәk
etmәyәydi. Oğlunun acı dәrmanını hәyatının әn şirin, әn әziz dәqiqәlәrindә
gәrәk ona içirmәyәydi, sәhәri gözlәyәydi. Sәhәr ikilikdә oturub beşqat da
artığını deyәydi, dәrmanın hamısını birdәn verәydi. Onda qәlbi dә heç indiki
250 tәkin ağrımazdı...
Mürsәl kişi bu hisslәrin tәsiri ilә yatağında tez-tez oyana-buyana
çevrildi, xeyli vaxt yuxulaya bilmәdi.
Әjdәr dә bütün gecәni yuxulaya bilmәdi. Ağır düşüncәlәr içindә tora
düşmüş quş kimi çırpındı:
“Mәn kimәm? Ata-ana himayәsinә qısılıb yatan bir adam. Mәni min
arzu ilә böyütmüşlәr, min arzu ilә oxutmuşlar. Әlimә diplom vermişlәr,
hәkimlik diplomu. Mәni evlәndirmişlәr. Kişi elәmişlәr. Arvad-uşağım var.
İndi özüm dә, arvadım da, uşağım da atamın boynunda yükük. Arvadı ki-
noya aparanda da cibimә xәrcliyi atam qoyur...
Mәgәr mәn işlәyә bilmәrәm? Şәhәrdә iş vermirlәr?! Nә olsun ki,
vermirlәr! Mәni ki kәndә tәyin elәmişlәr. Niyә getmirәm? Ucqar kәnd
olanda nә olar? Nә üçün gedib orada әl-qolunu çırmayıb camaatın dәrdinә
qalmıram? Necә? Anam razı olmur? Bircә övladının gözündәn iraq
olmasına dözә bilmir? Heç bu da sözdür? Mәn boyda kişi dә anasının
tumanının yanını kәsdirib durarmı? Dura bilәrmi? İndi ki durmuşam....
Adamda nә yaman üz olurmuş!”
Körpәnin ağlaması Әjdәri fikirlәrindәn ayırdı. O әvvәlcә, adәti üzrә,
istәdi yanında uzanmış arvadı dümsüklәyib oyatsın... “Aaaz... dur, gör varis
ağa nә istәyir, lalın dilin nәnәsi bilәr, onunkunu da sәn. İstәdiyini ver, ağzını
yum. Qoy bir çimir gözümüzә yuxu getsin”.
Lakin bu fikrindәn tezcә vaz keçdi. Durub uşaq arabasını ehmalca bir-
iki dәfә oyan-buyana sürdü. Körpә elә bil buna bәnd imiş. Sәsini xırp kәsdi,
gözlәri yumuldu.
Әjdәr yerinә girәn kimi fikir-xәyalat yenә onu basdı: “Atam yaxşı
adamdır. O, mәnim pis iş tutduğumu bilir, bunun üçün ürәyi ağrıyırmış,
   245   246   247   248   249   250   251   252   253   254   255