Page 251 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 251
lhöseyn Höseynoülu

ancaq mәni sevdiyindәn üzümә vurmurmuş, gözlәyirmiş ki, sәhvimi özüm 251
başa düşüm... Mәnsә, gönüqalın, hәr şeyi qulaqardına vurmuşam... Nә var,
nә var, anam mәnsiz dözә bilmәz. Eh, heç dözmәsin...”

Bu vaxt arvadı bir böyründәn o biri böyru üstә çevrildi. Yarıyuxulu
gözlәr bir anlığa әrinә zillәndi. Tez dә yumuldu. Әjdәr arvadının pıçıltısını
aydınca eşitdi:

– Әjdәr... Mәnim Әjdәrim...
Sonra onun uzun-uzadı mışıltısı eşidildi. Әjdәr bu mışıltını çox sevirdi.
Ancaq, nәdәnsә, bu gecә o da xoşuna gәlmәdi:
“Әjdәr... Mәnim Әjdәrim. Bunun Әjdәrinә bax! Heç Әjdәr dә arvad-
uşaq sahibi olandan sonra ata-ana qoltuğuna sığınıb qalar? Eh, yazıq ata,
görәsәn, bu adı mәnә qoyarkәn nәlәr düşünmüsәn? Nә arzular, ümidlәr
bәslәmisәn? Amma bayaq nә gözәl dedin: şәrti ad, әsl ad. Bәs mәn әsl adımı
nә vaxt qazanacağam?!”
Arvadı yenә dә yuxuda danışdı. Onun qarışıq dediyi kәlmәlәrdәn ancaq
bircәciyi Әjdәrin qulağına çatdı:
– Oy mama!..
O, әsәbiliklә arvadını yamsıladı:
– Oy mama, oy mama! Elә o mamalar deyil evimizi yıxan?! Hәr
şeydәn әl-qolumuzu soyudan?!.

***
Sübhün gözü açılmamış Әjdәr ayağa qalxdı, gözlәri qızarmışdı,
başında bәrk ağrılar vardı. Yuyunub geyindi, yemәk otağına keçib atasını
gözlәdi. Onun belә erkәn qalxması atasını tәәccüblәndirmәyә bilmәzdi.
Lakin o, bunun üstünü vurmadı. Salam-kalamdan sonra Әjdәrin, atasına ilk
sözü bu oldu:
– Ata, mәn gedirәm!..
– Haraya, oğul?
– Kәndә... Tәyinat alıb indiyәcәn getmәdiyim yerә. Yolumu gözlәyәn
xәstәlәrin yanına. Ancaq, ata, anamla görәk özün danışasan, qoymayasan
şivәn-zad qoparsın.
– Ondan arxayın ol, birtәhәr çalışıb sakit edәrәm.
– Bir dә, ata... – Әjdәr duruxdu. Azca tәrәddüddәn sonra әlavә etdi:
– Gәlininlә nәvәn hәlәlik burda qalsınlar. İnstitutu qurtaran kimi onun
da tәyinatını işlәdiyim kәndә alarıq. Çox qalmayıb, ortalıqda vur-tut yeddi-
sәkkiz ayın sözü var.
– Oğlum, sәn bunların hamısını elә bir gecәyә fikirlәşmisәn? – Kefi
açılan Mürsәl, hәmişәki adәti üzrә, oğlu ilә şirin zarafata keçmәk istәdi.
   246   247   248   249   250   251   252   253   254   255   256