Page 264 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 264
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Kimsәn? – deyә Hәtәm qapıda sәs eşidib xırıldadı.
– Mәnәm. Geyin, bәri çıx görәk başımıza nә gәlir.
– Bu vәdә xeyir ola, ay Mәdәt?
– ...
Hәtәm qapını açanda Mәdәt dedi:
– Bir bel götür.
Mәdәt qabaqda, Hәtәm isә onun dalısınca kәnddәn çıxıb Narlı dәrәyә
yol aldılar. Kәnd arxada qalanda Hәtәm xoflanmağa başladı. O, elә güman
etmişdi ki, Nağı bәy şәhәrә gedәndә Mәdәtә taxıl sulamağı tapşırıb. Mәdәt
“bir bel götür” – deyәndә hәlә ürәyindә bәyin qarasına deyinmişdi dә:
“Zalım oğlu göydәn yerә su yağandasa da qoymur xarabamızda oturaq”.
Ancaq ki tәsәvvürünә gәtirәndә ki, Narlı dәrә tәrәfdә Nağı bәyin әkin-biçini
yoxdur, Mәdәtdәn soruşdu:
264 – Mәdәt, hara gedirik?
– Dalımca gәl.
– Axır bilmәliyәm?!
– ...
Narlı dәrәnin ayağına çatanda Mәdәt addımlarını yavaşıtdı. Ağır-ağır
geri çevrilәrәk Hәtәmlә üz-üzә durdu:
– Bir mәni agah elә görüm, bu nә işdir? – deyә Hәtәm boğuq bir sәslә
xәbәr aldı.
– Allahdan gizlәtmәdiyimi sәndәn necә gizlәdim? – deyә Mәdәt ağır
bir işә düşmüş adam kimi qeyd etdi: – Heç bilmirәm bu nә işdir mәnim
başıma gәldi. – Aradan üzüntülü bir sükut keçdi. – Sәnә heç әziyyәt
vermәzdim, burdan o yana aparmağa gücüm çatmadı. – Onun sәsi qırıldı. –
Görәcәyi gora aparmaq olmazmış. Bu sirri batırmaqda gümanım bir sәnәdir.
– Yoxsa, çәrçi...
Mәdәt onu başa saldı ki, çәrçi axşamüstü onlarla xudahafizlәşib
gedәndәn sonra, gecә bir dә kәndә qayıdıb. Özü dә haradansa öyrәnib ki,
mәn o gecә evdә olmayacağam. Gәlib bizim qapını döyür. Arvad qapını
açmaq istәmir. Belinә ip bağlayıb bacadan içәri sallandığı vaxt içәri girdim,
beli başına endirdim. Elә bil canı buna bәnd imiş, bilsә evim yıxıldı – deyә
Mәdәt sözünü tamamlayıb köksünü ötürdü.
– Aparaq onu elә yerdә quyulayaq ki, baratası tapılmasın, – deyә
Hәtәm Mәdәtin qolundan tutub dartdı.
Hәrәsi çuvalın bir başından yapışıb meşәyә sarı üz tutdular.
Üç gündәn sonra qubernator bir dәstә atlı ilә yolüstü Nağı bәyin evindә
gecәlәmәyә dönmüşdü. O, sәhәr burdan belә Gәncә qubernatoruna tәşrif
   259   260   261   262   263   264   265   266   267   268   269