Page 269 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 269
adi Babanlû

Vidadi Babanlı
(1927)

269

Yazıçı, tәrcümәçi. Әmәkdar incәsәnәt xadimi.
Azәrbaycan SSR Ali Soveti Rәyasәt Heyәtinin Fәxri
Fәrmanı ilә tәltif edilib. Moskvada M.Qorki adına
Әdәbiyyat İnstitutunda tәhsil alıb. “Әdәbiyyat vә
incәsәnәt” qәzetindә әdәbi işçi, “Azәrbaycan” jur-
nalında nәsr şöbәsinin müdiri, “Yazıçı” nәşriyyatın-
da baş redaktorun müavini vәzifәlәrindә çalışıb.
Әdәbi yaradıcılığa şeirlә başlayıb. “Gәlin” adlı ilk
nәsr әsәri 1954-cü ildә nәşr edilib. “Ayazlı gecәlәr”,
“Hәyat bizi sınayır”, “Vicdan susanda”, “Müqәddәs
ocaq”, “Ömürlük cәza”, “Ömürlük әzab”, “Ana
intiqamı”, “Kişilik haqqında himn”, “Bulanıq
dünya”, “Mәnim gizlinlәrim” adlı nәsr kitablarının
müәllifidir. “Hәyat bizi sınayır” povestinin motivlәri
әsasında eyniadlı film çәkilib. V.Rasputinin “Mari-
yaya pul lazım idi” vә “Sonuncu möhlәt” roman-
larını dilimizә çevirib.
   264   265   266   267   268   269   270   271   272   273   274