Page 158 - "Kişi, qadın və çətir"
P. 158
KİŞİ, QADIN VƏ ÇƏTİR

Sonra baxdım ki, bir meyit
sularda necə də səssiz yırğalanır.
Bilmirdim, bu qədər güc məndə hardandı –
həsəd aparırdım özümə, həsəd.

158 Ancaq mən artıq qız yox,
soyuq qəlbli bir su pərisiydim.
Vəfasız sevgilimlə birlikdə boğulmuşdum.
Öz nakam sevgimi unudum deyə
çaydakı rəfiqələrim məni
öz yanlarına çəkib almışdılar dövrəyə.

Cümə günləri,
Podoldakı gecə klubunda şərab içərəm.
Özümə sahil qumu kimi
sarışın bir oğlan seçərəm.
Dneprin sahilində gəzərik onunla.
Öpməyə başlayıb,
suyun içinə çəkərəm ovsunumla.
Sonra sarışın saçları dalğalarda yellənər,
Baxıb, baxıb, gözlərimə təpərəm...
Truxanov adasından
su pəriləri məni çağırana qədər
onun mavi gözlərini
öpdükcə öpərəm, öpərəm...
   153   154   155   156   157   158   159   160   161   162   163