Page 163 - "Kişi, qadın və çətir"
P. 163
n də alaqapıdan çıxanda ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
kandarda üzümə aşağıdan-yuxarı baxan
balaca oğlanı görürəm. 163

Onların nifrəti
şapalaq kimi cingiltilidir!
Səsdən evin havası titrəyir
küləkli gündəki elektrik naqilitək.
Mərasim nəğmələrinin refreni kimidir
yağdırdıqları lənət və söyüşlər.
Sürəkli verlibr
cingildəyir gecənin sükutunda,
dan yeri söküləndə oyadır bizi!
Adyalın altında uzanıb,
bu qışqırıqda bütün nəsillərinin
pıçıltısını eşidirsən:

“Amandı, atma məni, atıb getmə, amandı!
Ayrı iş gəlmir əlimdən –
mənim bacardığım nifrətdi yalnız –
sənə nifrət etmək!
Qəlbimə bir nəzər sal –
gör içim nə təhər alışıb-yanır,
gör içimdə necə ehtiraslar qaynayır!
Ah, aramızda dayanan nifrət!
Bu nifrət
artıq neçə zamandı
bizi istənilən sevgidən yaxşı saxlayır!
Amandı, atma məni, atıb getmə, amandı...”
   158   159   160   161   162   163   164   165   166   167   168