Page 161 - "Kişi, qadın və çətir"
P. 161
dsatan ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Hər bazar günü 161
saat səkkiz tamamda
səhərin yuxusuna haram qatıb
gəlib pəncərələrin altında
eyni ariyanı ifa edir südsatan
xalis opera müğənnisinin səsiylə:
“Sü...üd var ha! Sü...üd!”
Hər dəfə də düşünür:
əcəb akustika var burda –
“П” hərfi şəklində tikilmiş
bir yanı kərpiç hasarlı
üç köhnə binanın arasında.
Südsatanın zil səsi
parterə yüksəlir, balkonlara yetişir,
çərçivələrə toxunub
şüşələri titrədə-titrədə mənzillərə soxulur,
yarıyuxulu sakinlərin
sinəsinə çöküb, qulaqlarına dolur.
Adamlar
həvəssiz ayılır yuxudan,
candərdi enirlər çarpayılardan,
sonra da öz teatr balkonlarına çıxır
və alqış əvəzinə aşağı baxırlar.
Hər bazar günü 161
saat səkkiz tamamda
səhərin yuxusuna haram qatıb
gəlib pəncərələrin altında
eyni ariyanı ifa edir südsatan
xalis opera müğənnisinin səsiylə:
“Sü...üd var ha! Sü...üd!”
Hər dəfə də düşünür:
əcəb akustika var burda –
“П” hərfi şəklində tikilmiş
bir yanı kərpiç hasarlı
üç köhnə binanın arasında.
Südsatanın zil səsi
parterə yüksəlir, balkonlara yetişir,
çərçivələrə toxunub
şüşələri titrədə-titrədə mənzillərə soxulur,
yarıyuxulu sakinlərin
sinəsinə çöküb, qulaqlarına dolur.
Adamlar
həvəssiz ayılır yuxudan,
candərdi enirlər çarpayılardan,
sonra da öz teatr balkonlarına çıxır
və alqış əvəzinə aşağı baxırlar.