Page 166 - "Kişi, qadın və çətir"
P. 166
KİŞİ, QADIN VƏ ÇƏTİR

166 Qan rənginə boyandı,
sarı evin doqquzuncu mərtəbəsi,
qulaq tutulurdu gurultudan.
Başımızın üstündəki eyvana
yarıçılpaq bir kişi çıxdı
həyəcan içində.
Elə qorxmuşdu ki,
əlindəki Bibliyanı düz başımıza saldı!
Salyutumuz yazığı qəfil haqlamışdı,
sonun yetişdiyini güman edirdi.
Hərçənd bu, hələ son deyildi.
Tez qocaya səsləndim:
“Bu, hələ son deyil,
Son deyil, sadəcə atəşfəşanlıqdır!
Salyut, set, ankoq mua!”
Yosikin kürən qızı
qaldırdı Bibliyanı yerdən,
əliylə silib təmizlədi
kitabın tozunu.
Və başını yuxarı qaldırıb soruşdu:
“Ay kişi,
Bibliya sizinkidirmi?”
   161   162   163   164   165   166   167   168   169   170   171