Page 162 - "Kişi, qadın və çətir"
P. 162
KİŞİ, QADIN VƏ ÇƏTİR

Aşağıda isə
bidonlara ağappaq süd süzür
südsatan önlüyündə opera müğənnisi.

Baxır və düşünür adamlar:
daha bir səhər, İlahi, daha bir səhər –
hələ, nə yaxşı ki,
bazar səhəridir bu səhər.

162 Qismət

Oleqin atası evə dönəndə
çiyninin ağır zərbəsilə
vurub çıxarırdı qapını yerindən,
Oleq yazıq da
qapı yerindən asılmış
mələfəni aralayıb keçməli olurdu
səhərlər məktəbə gedəndə.

Qapını uzun-uzadı döyməli olurdu
Oleqin arvadı evə dönəndə,
sonra evin başına hərlənib
bir xeyli də pəncərəni döyürdü
sərxoş ərini oyatmaq üçün.

Oleqin oğlu məktəbdən evə dönəndə,
mənzilləri səhv salıb hərdən
mənim qapımın dəstəyini dartır –
balacadır, yuxarı əli çatmır hələ,
   157   158   159   160   161   162   163   164   165   166   167