Page 157 - "Kişi, qadın və çətir"
P. 157
müş ətirləri ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
şəhərin üstündə vida kimiydi.
157
O öləndən sonra,
Başıma nələrsə gəldi.
Valideynlərim və tanışlarım harasa qeybə
çəkildilər.
Ancaq hər axşam Dneprin sahilində
Yalqız oğlan görüncə bərkdən qəhqəhə çəkib
gülən
işvəli qızlara qoşuldum mən də.
Bu qızlar zarafatlaşır,
oğlanın əlindən yapışırdılar,
o isə özünü müdafiə eləmirdi,
qızlar onu hay-harayla suyun içinə dartırdılar.

Yeni rəfiqələrim arasında
ruhuma bir dinclik dolar düşünürdüm,
qəlbim intiqamını alar düşünürdüm.

Amma axşam düşəndə,
gecə klubları çəkirdi məni:
orda mən bir sarı saçlını tapdım.
Biz şəhərdə gəzirdik,
Və o, təəccüb edirdi ki, əllərim soyuqdu.
Mənsə zarafatla deyirdim:
“Əvəzində ürəyim istidi”.

Biz sahilə gəlmişdik,
Mən onu dəlicəsinə öpürdüm,
   152   153   154   155   156   157   158   159   160   161   162