Page 152 - "Kişi, qadın və çətir"
P. 152
KİŞİ, QADIN VƏ ÇƏTİR

152 Amma ona kartoflu kökə qızartmadı,
balqabaq sıyığı yedirtmədi,
köynəyini isə əri özü ütüləyirdi.
Əri fotomüxbir işləyirdi.
Uşaqları yox idi,
nəyə görə? – heç fikirləşmirdi də.
Bir axşam əri
Aktyorun fotoşəklini
göstərdi ona.
“Bilirsənmi, – dedi əri, – hamı fikirləşir ki,
onun ailəsi idealdı.
Amma o, bədbəxtdi.
Hətta birlikdə də yaşamırlar.
Sadəcə xoşbəxt cütlük görüntüsü yaradırlar”.
O, bütün gecəni yata bilmədi.
Əri redaksiyaya gedincə
yır-yığış eləyib əşyalarını qablaşdırdı
və bir parça kağız yazıb qoydu:
“Mən səni heç zaman sevməmişəm. Əlvida!”
Əşyalarını valideynləri olan evə gətirdi.
Gözəl paltarlarından birini geydi,
Bir dəstə qızılgül alıb
teatra getdi.
Teatr afişası önündə
onu nəsə dayanmağa vadar etdi.
   147   148   149   150   151   152   153   154   155   156   157