Page 151 - "Kişi, qadın və çətir"
P. 151
rda intriqaları bağışlayardı, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
hətta xəyanətləri belə!
Evə gecəyarısı gəlsə, 151
Heç vaxt dava salmazdı.

Bu qız gözləyirdi ki,
böyüyəndə ürəyini ona açsın.
Qız böyüdükdə isə
artıq aktyor məşhur bir modellə evləndi.
Bütün qəzetlər, telekanallar
bu izdivacın gözəlliyindən,
bu cütlüyün xoşbəxtliyindən
söhbət açırdı indi.
Qız böyük bir çamadan aldı,
Sevdiyinin intervüləri, foto şəkilləri olan
albomları
yığdı onun içinə.
Göz yaşları leysan kimi yağırdı yenə,
yağırdı aktyorun qızlara gülümsədiyi
qəzetlərdən, jurnallardan kəsib saxladığı
şəkillərin üstünə.
Daha ona mane olmaq istəmədi qız.
İcazə verdi xoşbəxt olmasına.
Elə həmin gün
öz gələcək əri ilə tanış oldu,
Bir aydan sonra isə ərə getdi ona.
   146   147   148   149   150   151   152   153   154   155   156