Page 146 - "Kişi, qadın və çətir"
P. 146
KİŞİ, QADIN VƏ ÇƏTİR

146 gör nə qədər güc sərf olundu
bu uca mənəvi haqqa,
sərt tənbəki qoxulu bezdirici hissə görə
heç soyuq hava da dağıda bilmir
bu zəhlətökən iyi
boğazımda bezdirici ağrılar
mələklərin, ya qanun keşikçilərinin
gəlişi ərəfəsində
şişir limfatik düyünləri
küçələrdən boş şüşə yığan səfil adamların
xüsusən də axşamlar
biçarələr huşunu itirməyə hazırlaşaraq
içkiyə qurşananda

hər gün
dəvət alırıq xəstəxanaya –
yaxşı şərait, normal qiymətlər
hər həftə
kilsəyə dəvət alırıq –
asudə vaxt, pulsuz parkinq
deyirsən ki,
otuz üç yaşdan sonra qəşəngləşir kişilər
bəlkə də, elədir amma nə fayda –
tikinti işləri bitib
işlənən materialların bizə nə dəxli
burdan getməyə bir yerimiz də yox
çəkmələrim qumla dolu
Misir büsbütün çəkmələrimə yerləşib
görəsən, niyə bu qədər uzaqlara gəlib?
olsun ki,
   141   142   143   144   145   146   147   148   149   150   151