Page 150 - "Kişi, qadın və çətir"
P. 150
KİŞİ, QADIN VƏ ÇƏTİR

Qadın ürəyi

150 Uşaqlıqdan vurulmuşdu
gözləri atəş dolu,
qarabuğdayı bir kino aktyoruna.
“Qadın ürəyi” filmini izlərkən
ilk baxışdan aşiq olmuşdu ona.
Onun oynadığı bütün tamaşalara gedirdi,
fotoşəkillərinin kolleksiyasını yığırdı,
gəzdiyi bütün qadınları tanıyırdı
o, növbəti dəfə evlənəndə
acı-acı ağlamışdı.
“Necə oldu axı?! Necə oldu belə bir iş tutdu o?!”
Göz yaşlarını tökərək,
ağlamışdı hönkür-hönkür.
O, hətta gözünün önünə gətirə bilmir!
təsəvvür eləyə bilmir sadəcə
birgə olsaydılar,
hər şey necə gözəl olardı, necə!
Onun üçün kartoflu kökə qızardardı,
Öz sevimli balqabaq sıyığından
yedirərdi isti-isti.
Onunla qastrollara gedərdi.
Heç yerdə işləməzdi.
Ömrünü yaşayardı onun.
Köynəklərini ütüləyər,
Ona qalstuklar, kəpənəklər seçərdi.
   145   146   147   148   149   150   151   152   153   154   155