Page 153 - "Kişi, qadın və çətir"
P. 153
n fotoşəkli önündə durub ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
uzun müddət baxdı;
Keçmiş yaraşığının qalıqları hələ də vardı üzündə, 153
Amma üzünün hər qırışında,
çallaşmış saçlarının hər telində
özünün darıxdırıcı nikah gecəsini gördü,
özünü məhv olmuş arzularına,
itirilmiş hisslərinə vurdu.
bir ümidsizlik onu bürüdü,
gülləri afişanın önünə qoydu,
avtomobilinə yürüdü.
valideynlərigilə yola düşdü.
Əlini uzadıb radioqəbuledicinin düyməsini basdı,
Onun uşaqlıq çağlarının
filmi olan “Qadın ürəyi”ndən
tanış melodiya səsləndi, qulaq asdı.
O, hər tərəfdən əhatəsində olduğu
avtomobil axınının arasıyla gedirdi,
onların tutqun siluetləri və qırmızı işıqları
yaş asfaltın üstündə bərq vururdu.
O, valideynlərinin evinə
qırıq xəyallarının əlindən qaçırdı,
sanki bir kabus izləyirdi onu –
orada isə yenidən
uzaq uşaqlıq sevgisinin
fotoşəkilləri ilə dolu
çamadan gözləyirdi onu.
   148   149   150   151   152   153   154   155   156   157   158