Page 156 - "Kişi, qadın və çətir"
P. 156
KİŞİ, QADIN VƏ ÇƏTİR

Biz yenidən sahildə gəzirdik,
yasəmənlərin ətirli rayihəsi
Kiyev bağlarının üzərindən əsirdi.

156 Qətllərin sona çatacağına
qatilin yanğısının sönüb usanacağına,
çoxları ümid edirdi.
Amma yenə cümə günləri
Dalğalar növbəti qurbanları sahilə gətirirdi.
Batmış hər adamın boynunda isə
öpüş izi vardı.

Qaranlıqlaşanda
Biz limana yaxınlaşdıq.
Yaxınlıqda heç kim yox idi.
Dodaqlarımı onun dodaqlarına, boynuna sıxdım
Və içimə süzülən qan idi udum-udum.
Sonra bilmədim necə oldu,
Biz suların qoynuna düşdük.
Sulardan öncə,
mən onun isti nəfəsindən boğulurdum
və onda gördüm ki, sarışın saçları necə də
dalğalara dolaşır,
bədəni isə
avtomobillərin sürətlə keçib-getdiyi
sahilə yaxınlaşır.

Mobil telefonuma baxdım:
Cümə günüydü.
Yasəmənlər açıb qurtarmışdı,
   151   152   153   154   155   156   157   158   159   160   161