Page 160 - "Kişi, qadın və çətir"
P. 160
KİŞİ, QADIN VƏ ÇƏTİR

***
Xarkovdakı küçə iti.
Tanımadığım mikrorayonda gördüm onu,
tanımadığım bir məktəbin həyətində.
Əyildim ki, sığallayam –
yerində donub gözlərini qıydı.
Belində, başında, qulağında gəzən
barmaqlarımın hər sığalına,
hər toxunuşuna
it ürəyinin həyəcanıyla qulaq asdı.

160 “Hə, bəsindi yəqin?!” –
gülümsəyib çəkilmək istədim kənara,
amma özünü ayağımın altına təpdi,
sanki yalvardı astadan:
“Bir az da... bir az da...”
Məndən bu nəvazişi
çox utancaq şəkildə –
qorxa-qorxa, çəkinə-çəkinə,
nəvazişə öyrənməmiş tənhalar kimi istədi;
elə bil uzun it ömrü boyu
kimsə sığallamamışdı onu.
Sanki indiyəcən
öz doğma mikrorayonunda
tanımadığı kimsəni axtarmışdı.
Gözləmişdi ki, gəlsin,
qəflətən peyda olub üzərinə əyilsin
və sevsin onu –
sadəcə tumarlasın
sığal görməmiş boynunu...
   155   156   157   158   159   160   161   162   163   164   165