Page 167 - "Kişi, qadın və çətir"
P. 167
veçrə ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

yuxarı kursda oxuyan qız 167
yəqin, elə düşünür ki
pozğun fikirlərlə süzürəm
onun açıq dekoltesini
mənsə ona
yabançı turistin həyəcanı ilə baxırdım
bax o dik döşlərin qıraqlarındakı xal
uzun bir öpüş ummadadır
qız bərk həyəcanlanır
açıq sinəsinin yuxarısında
cizgiləriylə İsveçrəyə bənzəyən
qırmızı ləkə yaranır
boynundakı gümüşü zəncir
dəmiryolu kimi
onu yarımçevrə şəklində kəsir
ayağa qalxır qız
iti addımlarla üstümə yeriyir
və dekoltesində zəlzələ başlanır
bu zaman,
mənimsə başqa bir niyyətim yox
sadəcə
İsveçrənin taleyindən narahatam
   162   163   164   165   166   167   168   169   170   171   172