Page 125 - "Kişi, qadın və çətir"
P. 125
ıca bir hesab da ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
dostlara açmışdın bir ara –
çətinliklə tapılan 125
asanlıqla dönük çıxan dostlara

Və nəhayət,
bax bu axırıncı hesab
bu dəfə hər şeyi
doğru-dürüst elədin
təlimçinin öyrətdiyi kimi –
Fransız Legionunda onu belə öyrətmişdilər,
belə:
silahı götür və güllələ.
Heç vaxt gülləni qatara düzüb atma
Adamı öldürmək istəyirsənsə,
gülləni bir-bir at –
hörmətini göstər öldürmək istədiyinə
şans ver ona
şirindi həyat

Döyüşdə
kimisə öldürmək istəyirsənsə
Heç vaxt başından vurma
Bu, ədəbazlıqdı
axı sən
qatil deyil –
əsgərsən!

Önündəkini heç vaxt zəif sayma
düşüncəyə daldınsa
   120   121   122   123   124   125   126   127   128   129   130