Page 128 - "Kişi, qadın və çətir"
P. 128
KİŞİ, QADIN VƏ ÇƏTİR

128 Sabah səninlədi.
Sən – əsgərsən
Müharibə – çörəyin,
bir ildən sonra
yer şumlayıb, taxıl əkməkdi diləyin
zir-zibil bazarında
cır-cındır satmaqdı.
Sən məgər yetmişəcən yaşamağa
prostat xərçəngindən
yataqda gəbərməyəmi hazırlaşırsan?
Çəkmələrini Ağ dənizdə yumaq,
moskovitləri lağa qoymaq istəyirsən?
Məgər mən Qara dəniz dedim?
Ağ dəniz dedim, oğlum, yaxşı qulaq as sən!

Müharibə – sənin xəzinəndi:
Silahını götür, patronları al,
Qızıl oyuncaqlar da,
nağd pul da deyil xəyal
Elə həmin gün onları
yaxınlıqdakı bir meyxanaya səpəcəksən
yanacaqdoldurmada işləyən
göz yaşıyla sənin qanını yuyan
adını bilmədiyin qadına xərcləyəcəksən
başlıcası isə bunları
sənin zibilə qalmış kitablarında
yazmayacaqlar
zibilə qalmış filmlərində göstərməyəcəklər:
iş onda deyil ki,
öldürülmüş düşmənin cibindən
   123   124   125   126   127   128   129   130   131   132   133