Page 133 - "Kişi, qadın və çətir"
P. 133
ın səksəkəylə baxırdı ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
şirəli qızılgülə bənzər
intim dodaqlarını qoxulayan pişiyə. 133
Yataq otağını
bücbütün sevgiylə doldurmuşdu
şirin rayihə yayan bu dodaqlar.

Bütün gecəni
üzündə pişik bığı olan
kürəyi tüklü bir kişiylə sevişdiyini gördü
yuxusunda qadın.
Sevişməkdən xoşlanır,
həm də yamanca xoflanırdı –
çünki fərqindəydi
yuxusunda bərkiməyə başlayan kişi cisminin.

Kişi oyanan kimi
təzədən başlandı uzun-uzadı sevişmə.
Kişi inildəyərək böyrünə yıxılanda
yenə pişiyi gördü qadın –
arxasını onlara çevirib
çox biganə baxırdı
otağın qaranlığında tərpəşən kölgələrə.

Qadına elə gəldi ki,
pişik onu təzədən qoxulamaq istəyir.
Tez dirsəkləri üstündə dikəldi,
di gəl ki,
pişik onun yançağına sığınıb
ləzzətlə xoruldadı.
   128   129   130   131   132   133   134   135   136   137   138