Page 134 - "Kişi, qadın və çətir"
P. 134
KİŞİ, QADIN VƏ ÇƏTİR

Səhər oyanıb qəhvə içdilər,
sonra tələsik sevişdilər
və geyinib qapıya tərəf getdilər.

134 Kandarda pişik yenə ayağına sürtüşdü,
sonra divara söykənib
özünü yalamağa girişdi.
Qadın qapını açanda,
pişik zənlə gözünün içinə baxıb
sanki nəsə demək istədi qadına,
amma son anda
fikrindən daşınıb susdu.

Kişi, qadın və çətir

Mayın sonu.
Ağzınadək dolu elektrik qatarı.
Bir-birinə sıxılmış adamlar,
Tər qoxulu tambur.

Gənc bir qadın
əlindəki çətirlə
sıxılıb durmuşdu divara
Cantaraq bir kişi də
dayanmışdı qadınla üzbəüz.
Elə hey silkələnirdi qatar,
silkələnirdi kişiyə toxunan
çətirli qadının əli də.
   129   130   131   132   133   134   135   136   137   138   139