Page 132 - "Kişi, qadın və çətir"
P. 132
KİŞİ, QADIN VƏ ÇƏTİR

Qadın və pişik

İlk dəfəydi
gecə başqa kişinin evində qalmağı.
Kandarda onu qara pişik qarşıladı.
Və duyan kimi
paketdəki balığın qoxusunu,
sürtdü özünü qadının ayaqlarına.

132 Qadın pişiyi yedirib doyurdu,
pişik də qoydu ki, fotosunu çəksinlər,
həm də bu zaman
zənlə göz qoyurdu təzə qadına –
güdürdü ki, tualetin qapısını bağlamasın.
Amma pişik qorxularından bixəbər qadın
bağladı arxasınca qapını
və başlandı pişiyin etirazı.
Yataq otağına cumdu pişik –
başları sevgiyə qarışdığından
ona fikir vermədilər.
Sevişdilər uzun-uzadı,
görməmiş kimi, acgözcəsinə.
Sonra kişi dərin yuxuya getdi,
qadınsa bacarmadı –
çünki yad kişinin evində ilk dəfəydi...

Yatdığını görüncə kişinin
pişik verdi özünü
qarşısında çılpaq uzanmış qadının böyrünə,
başladı bığlarıyla onu qıdıqlamağa.
   127   128   129   130   131   132   133   134   135   136   137