Page 136 - "Kişi, qadın və çətir"
P. 136
KİŞİ, QADIN VƏ ÇƏTİR
Yuxularımın cəngavərləri
136 “Laübalı bir xanım
yuxularının cəngavərini axtarır” –
belə yazdım sosial şəbəkədə.
Şlyapalı cəngavər gecə gəldi
çiynindəki məzəli qanadlarıyla.
Onunla bir yerdə
işvə-nazla o ki var deyib-güldüm.
Səhər durub görüşə hazırlaşdım
virtual cəngavərimlə.
Yuxunun lələklərini sivirib
yaddaşın daxılına atdım.
Fikirləşdim ki, ucaboy olmalıdır –
qara paltolu, qara şlyapalı,
həm də şair qəlbli birisi...
Küçə şirin günah içində,
məhəbbətlə nəfəs alırdı.
Kürən bir pişik
belini donqardıb durmuşdu
bəyaz pəncəli qara pişiyin önündə.
Kürən olmasam da,
düşündüm ki, bu gün olmağı sınayacam.
Erkək pişiyin ağ yaxalığı var –
eynən şəhvətli sevgiliyə,
şlyapalı kişiyə bənzəyir.
Yuxulu şəhərin bazar səhəri
piyada keçidinin üstündən ötərkən
həyəcanlandırmışdı məni
zifaf gecəsinin qorxu-hürküsü.
Yuxularımın cəngavərləri
136 “Laübalı bir xanım
yuxularının cəngavərini axtarır” –
belə yazdım sosial şəbəkədə.
Şlyapalı cəngavər gecə gəldi
çiynindəki məzəli qanadlarıyla.
Onunla bir yerdə
işvə-nazla o ki var deyib-güldüm.
Səhər durub görüşə hazırlaşdım
virtual cəngavərimlə.
Yuxunun lələklərini sivirib
yaddaşın daxılına atdım.
Fikirləşdim ki, ucaboy olmalıdır –
qara paltolu, qara şlyapalı,
həm də şair qəlbli birisi...
Küçə şirin günah içində,
məhəbbətlə nəfəs alırdı.
Kürən bir pişik
belini donqardıb durmuşdu
bəyaz pəncəli qara pişiyin önündə.
Kürən olmasam da,
düşündüm ki, bu gün olmağı sınayacam.
Erkək pişiyin ağ yaxalığı var –
eynən şəhvətli sevgiliyə,
şlyapalı kişiyə bənzəyir.
Yuxulu şəhərin bazar səhəri
piyada keçidinin üstündən ötərkən
həyəcanlandırmışdı məni
zifaf gecəsinin qorxu-hürküsü.