Page 127 - "Kişi, qadın və çətir"
P. 127
ə ki, qadındı, özü də pozğun ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
sadəcə bu gün
Areylə Fortuna istəmiş belə olsun. 127
Daha o sənindi –
qazancın,
qənimətindi.
Hörmətini bildir indi.
Düşmənin səninlə
necə davranmasını arzuladığın kimi
davran onunla
və yadında saxla:
soyğunçu, cəllad deyil,
sən cəngavər bir əsgərsən.
Ovda vəhşiyə qalib gələn
ulu baban kimi apar özünü.
Bir qılınc zərbəsiylə
düşmən süvarisini
yəhərinəcən bölən
əcdadlarına oxşa sən.
Düşmənin başının dərisini
soymamışdan qabaq
ciblərinə bax.
Bir vəhşinin dərisinə, ətinə
qıymamışdan qabaq
üstündə dua oxu ancaq.
De ki: bağışla qardaş
sənə gərək olmayanları
götürürəm özümə.
Qaliblərin qanunu belədi –
Qələbə bu gün mənimlə.
   122   123   124   125   126   127   128   129   130   131   132