Page 124 - "Kişi, qadın və çətir"
P. 124
KİŞİ, QADIN VƏ ÇƏTİR

124 Sən artıq
İtkilər hesabını çoxdan açmısan:
Baban, nənən,
Üzünü görmədiyin, tanımadığın atan,
uşaqlıq dostun, itin,
Daha sonra bir dəfə də
və bir dəfə də it itirmişdin
(o vaxtdan sən
it özü şıvranmayınca,
saxlamağa ürək eləmirsən)
Sevdiyin qadınları da
tez-tez qeyb edirdin
haçansa öz qadınların üçün
hesab da açmışdın çoxdan
Adı necəydi? –
Deyəsən, Marta idi
Bəs yaşınız neçəydi? –
Yeddi? Səkkiz?
Belıy Krinitsedəki pioner düşərgəsində
o qızın, hətta ağlına da gəlmədi
açdığın bugünkü hesabın nədi adı –
uğur, yoxsa itki hesabıdı?

sən nikah hesabı açdın
uşaqlara hesab açdın
kitablara hesab açdın –
əvvəlcə oxunmuşlara
sonra yazılanlara
sonsuz səhvlərinə və ümidsizliklərə
hesab açdın
   119   120   121   122   123   124   125   126   127   128   129