Page 122 - "Kişi, qadın və çətir"
P. 122
KİŞİ, QADIN VƏ ÇƏTİR
122 bilmirsən necə şumlayasan
orada necə taxıl əkəsən
necə uşaq gətirəsən dünyaya
necə ev tikəsən
onlar döyüş meydanının üstündə
hərlənirlər –
aşağı şığıyır
qənimətlərini götürüb
səngərimiz üstündən
dənizə doğru uçurlar
göy üzündə dalaşır, bəzən də
yemlərini dimdiklərindən salırlar –
insan tikələri ayaqlarımız altına düşür
(adamı ağrıdan odu ki
bilmirsən bu, sənin dostlarının ətidi
yoxsa düşmənlərinin)
kiminsə barmağı,
ya qulağı
göydən qarşına düşəndə
qəribə hisslər oyanır səndə
hərdən elə bilirsən
bu tikələri toplasan –
dost olsun, ya düşmən – fərq eləməz –
insanı yenidən yaratmaq olar asan
gərək belədə
ölüyə bir can verən də tapasan
122 bilmirsən necə şumlayasan
orada necə taxıl əkəsən
necə uşaq gətirəsən dünyaya
necə ev tikəsən
onlar döyüş meydanının üstündə
hərlənirlər –
aşağı şığıyır
qənimətlərini götürüb
səngərimiz üstündən
dənizə doğru uçurlar
göy üzündə dalaşır, bəzən də
yemlərini dimdiklərindən salırlar –
insan tikələri ayaqlarımız altına düşür
(adamı ağrıdan odu ki
bilmirsən bu, sənin dostlarının ətidi
yoxsa düşmənlərinin)
kiminsə barmağı,
ya qulağı
göydən qarşına düşəndə
qəribə hisslər oyanır səndə
hərdən elə bilirsən
bu tikələri toplasan –
dost olsun, ya düşmən – fərq eləməz –
insanı yenidən yaratmaq olar asan
gərək belədə
ölüyə bir can verən də tapasan