Page 118 - "Kişi, qadın və çətir"
P. 118
KİŞİ, QADIN VƏ ÇƏTİR
118 5.
Çiçəklərin üstündə
qəribəlik möhürü:
günəş, hörümçək toru...
pəncərə arxasında
gecə xatirələri
və maşın siqnalları
Sən üzünü açırsan
məhəbbətə bu anda
güclə çıxan səsinsə
yırğalayır dünyanı
bir payız səhərinin
bir hörümçək torunda.
118 5.
Çiçəklərin üstündə
qəribəlik möhürü:
günəş, hörümçək toru...
pəncərə arxasında
gecə xatirələri
və maşın siqnalları
Sən üzünü açırsan
məhəbbətə bu anda
güclə çıxan səsinsə
yırğalayır dünyanı
bir payız səhərinin
bir hörümçək torunda.