Page 114 - "Kişi, qadın və çətir"
P. 114
KİŞİ, QADIN VƏ ÇƏTİR

mahnılarımızın əks-sədası
yolların tozunda itəndən sonra
qadınlar
aralanmış ayaqlarıyla
hələ uzun müddət
özlərində saxlayırlar surətimizi

114 Sarışın qadın

1.
nə zaman ki
bir yarpaq və bir parça qəzet
bütün gecəni xışıldayır
boş, adamsız bağçalarda
özümüz zalımlaşırıq,
duyğularımız dərinləşir.

hər şeyin keçib getməsində,
hər gün bir az da uzağa atılmamızda
hec kəsi günahlandırma
qaçış – küçənin qanunudu,
onun faniliyində
arı mumu kimi əriyirik barmaqlarda.

2.
Bu parkda,
onun eyni qaralıqdakı
qaranlıq xiyabanlarında
   109   110   111   112   113   114   115   116   117   118   119