Page 116 - "Kişi, qadın və çətir"
P. 116
KİŞİ, QADIN VƏ ÇƏTİR

116 Səni xoşbəxt eləməyi sevirəm,
sevirəm bədəninin
qəfil zərifliyini anlamağı.
sevirəm toxunduğumuz şeyləri
dəqiq ifadə eləyən sadə sözlərimizi,
sevirəm rəqs və xatirə havasını,
bəxtimizin gətirdiyini deyən
dostların təbəssümünü sevirəm,
mən səni sevirəm.

Amma artıq
təsadüfən rastlaşırıq
camaatın içində,
çətirlərin və
yaş plaşların arasında
səni saxlayıb
umu-küsünü dinləyirəm,
sonra gecəni bir yerdə
keçirməyə dəvət eləyirəm.
gecəsə yanaşı oturub susuruq

işıq qövs şəklində
düşür üzümüzə.
   111   112   113   114   115   116   117   118   119   120   121