Page 115 - "Kişi, qadın və çətir"
P. 115
s elədik ki, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
payız hardasa geridə
körpüləri ağır yağışlara tutub. 115

Polis fənəri
bir anlığa qaranlıqdan çıxartdı
ağcaqayın budaqlarının
qəribə naxışlarını,
dizəcən tökülmüş yarpaqların
yay estradasını.

Gecədi, gecdi
iki patrul çoban itiylə
yanımızdan keçdi,
teleqüllənin yanında başlayan yağış
nəhayət, əbədi söndürdü
onun əbədi yanğısını.

3.
Mən səni sevirəm,
amma gör fələk nə sayır –
külək bütün ölkədə
kürən qatarları
axırdan axıra yırğalayır.

Hər halda
dünyadakı bu qədər şeyin içində
sənin ətirlərinin qoxusunu sevirəm,
bir də birgə getdiyimiz küçələri.
   110   111   112   113   114   115   116   117   118   119   120