Page 120 - "Kişi, qadın və çətir"
P. 120
KİŞİ, QADIN VƏ ÇƏTİR

120 ***
Döyüş meydanının üstündə uçan
Qağayıların heç bir mənası yoxdu.
Qarğaları anlayıram,
Onların işi-gücü belədi –
ölmüş döyüşçülərin meyitiylə qidalanırlar.
Özü də fərq eləmir qəti:
bu, bizim qəhrəmanların meyitidi,
yoxsa düşmənimizin.
Nə qədər ağrılı olsa da,
bilmirəm,
qarğalardan inciməyə dəyərmi?

Göyərçinləri də anlaya bilərəm
Vərdişləri insan zibilliklərində eşələnməkdi.
Güllə dəymiş alınlara yapışan qanlı tükləri
yuvalarına döşəməyə daşısalar
anlamaq olar

Sərçələri də başa düşürəm
Sadəcə yemək istəyirlər.
Cikkildəşə-cikkildəşə sevincək
Ciblərdən və kisələrdən
çörək qırıntıları, şəkər, peçenye
didişdirirlər.
(Açıla qalmış gözlərə də təsadüfən
dimdik vurur onlar)
   115   116   117   118   119   120   121   122   123   124   125